“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Avropadan Ukraynaya şok xəbərdarlıq: Bütün yardımlar dayandırılacaq

Tarix 29.07.25, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Avropa Komissiyası Ukraynaya xəbərdarlıq edib ki, Kiyev antikorrupsiya qurumlarına təzyiqi davam etdirərsə, ölkəyə bütün maliyyə yardımlarını dayandıra bilər.

Musavat.com Unian-a istinadən xəbər verir ki, məlumat Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunan “Brüsselin Kiyevə şər məktubu” sərlövhəli məqalədə yer alıb.

Kiyevdəki “yaxşı məlumatlı mənbə”nin sözlərinə görə, qanun qəbul edildikdən sonra Ukrayna hökuməti Avropa Komissiyasından müvafiq məktub alıb: “Prezident Vladimir Zelenskinin başçılıq etdiyi Ukrayna rəhbərliyi Avropa Komissiyasından siqnal alıb ki, korrupsiyaya qarşı mübarizədə mərkəzi hakimiyyət orqanlarına təzyiqlər davam edərsə, Avropa “Ukrayna Fondu”ndan maliyyə yardımı tamamilə dayandırıla bilər”.

Avropa Komissiyasının Kiyevə müvafiq siqnal göndərdiyi barədə məlumatı Ukraynanın Aİ-yə inteqrasiyası komitəsinin rəhbəri İvanna Klimpuş-Tsintsadze də nəşrə təsdiqləyib.

Məlum olduğu kimi, Ali Rada 12414 saylı qalmaqallı qanun layihəsini qəbul etdikdən və prezident Vladimir Zelenski onu imzaladıqdan sonra geniş ictimai etiraz başlayıb.

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri ölkədə ən kütləvi etiraz aksiyalarına çevrilən etirazlar iyulun 22-də axşam saatlarında Kiyevdə başlayıb, ertəsi gün isə digər şəhərlərə yayılıb.

Etirazçılar hökuməti Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosunun və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun muxtariyyətini məhdudlaşdırmaqda, həmçinin 2014-cü ilin Maydanından sonra yaradılmış antikorrupsiya infrastrukturunu məhv etməkdə ittiham ediblər.

İyulun 24-də Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya antikorrupsiya qurumlarının - NABU və SAP-ın müstəqilliyinin saxlanmasına dair müddəaları nəzərdə tutan 13533 saylı yeni qanun layihəsini təqdim edib.



Xəbərin oxunma sayı : 307




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap