“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İdarə etmədiyi avtomobilə görə cərimələnir - Vətəndaş çıxılmaz vəziyyətdə

Tarix 29.07.25, 21:39

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı rayonu, Kürtmaşı kənd sakini Ceyhun İsgəndərov idarə etmədiyi avtomobilə görə cərimələnir.

Yeddi ay ərzində ona 7 cərimə protokolu gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Ceyhun İsgəndərov “Azərmaş” MMC-dən daxili lizinq vazitəsilə 2024-cü il iyun ayında maşın götürüb, lakin aylıq ödənişi edə bilmədiyi üçün avtomobili

bu ilin yanvar ayının əvvəlində təhvil verib. Bundan sonra vətəndaşın adına cərimələr gəlməyə başlayıb.

Ceyhun İsgəndərov məsələ ilə əlaqədar  aidiyəti qurumlara müraciət etsə də problem  həll edilməyib. Cərimələrin məbləği isə hər keçən gün daha da artır. 

Baş Dövlət Yol Polisi İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, şikayətçi Ceyhun İsgəndərova “Azərmaş” MMC şirkəti tərəfindən onlayn qaydada yol vərəqələri verilib. Mərkəzi informasiya sisteminə daxil edilən həmin məlumat əsasında sözügedən nəqliyyat vasitəsi ilə törədilən qayda pozuntuları foto və qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alındıqda inzibati tənbeh vermə haqqında elektron qərarlar Ceyhun İsgəndərov haqqında çıxarılır. Belə olan halda tərəflərin BDYPİ-yə rəsmi müraciəti əsasında müvafiq araşdırma aparılır və problemin aradan qaldırılması üçün müvafiq addımlar atılır. 




Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap