“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xəzəri çirkaba qərq edənlər cəzasız qalır - Kim dur deyəcək?

Tarix 28.07.25, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


“Paytaxtın şimal istiqamətində yerləşən bir sıra yaşayış məntəqələri, xüsusilə də 1990-cı illərdən sonra özbaşına məskunlaşdırılan ərazilər uzun illərdir ekoloji problemlərlə üz-üzədir. Bu ərazilərdə insanlar vaxtilə torpaq sahələrini zəbt edərək bələdiyyələrlə razılaşma əsasında evlər tikib və nəticədə bu yaşayış yerlərində kanalizasiya sistemləri qurulmadan formalaşıb. Yaranan çirkab sular birbaşa dənizə axıdılıb və bu da Xəzər dənizində ciddi çirklənmə halları yaradıb”.

Musavat.com xəbər verir ki, bunu ekoloq Rövşən Abbasov deyib.

O bildirib ki, hazırda bu istiqamətdə, xüsusilə Pirşağı və ətraf kəndlərdə vəziyyətin stabilləşdirilməsi üçün ciddi tədbirlər görülür:

“Artıq bəzi ərazilərdə modul tipli təmizləyici qurğular tikilib və onların işə salınması üçün texniki proseslər yekunlaşmaq üzrədir. Bu qurğular vasitəsilə çirkab sular tam standartlara uyğun şəkildə təmizlənəcək. Uzun illər ərzində bu bölgələrdə çirkab sular nəzarətsiz şəkildə dənizə axıdılırdı. Hazırda bu axıntıların qarşısını almaq üçün əsaslı tədbirlər görülür. Pirşağıda artıq bir təmizləyici qurğu tikilib və yaxın zamanda istifadəyə veriləcək.

Bəzi istirahət obyektləri və restoranlar da qanun pozuntularına yol verərək çirkab sularını birbaşa Xəzərə axıdırlar. Bu, sanitar-epidemioloji baxımdan olduqca təhlükəlidir. Nazirlik bu barədə dəfələrlə xəbərdarlıq edib.

Bəzi çimərliklərdə insanlar gözlə müşahidə edə bilərlər ki, yaxınlıqdan kanalizasiya suları axır. Belə hallarda həmin ərazilərdən istifadə etmək təhlükəlidir. Bu, müxtəlif dəri xəstəliklərinə, infeksiyalara səbəb ola bilər”.

Açıklama yok.

Təmizlənmiş suların keyfiyyəti barədə danışan Rövşən Abbasov qeyd edib ki, müasir texnologiyalarla təmizlənmiş sular artıq elə səviyyəyə çatdırılır ki, onları adi sudan fərqləndirmək mümkün deyil:

“Əgər su standartlara uyğun şəkildə təmizlənibsə, ondan istənilən məqsəd üçün istifadə oluna bilər. Hətta içməli su kimi də istifadəsi məqsədə uyğundur. Bu gün bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən İsraildə təmizlənmiş tullantı suları suvarma və məişət üçün geniş istifadə olunur. Bu cür təmizlənmiş sular təkcə ətraf mühiti qorumağa deyil, eyni zamanda su qıtlığının qarşısını almağa da xidmət edir.

Bakı və Abşeron yarımadası kimi su ehtiyatları məhdud olan ərazilər üçün bu alternativ mənbə olduqca önəmlidir. Prezidentin bu istiqamətdə verdiyi fərmanla çirkab sularının təkrar istifadəsi strategiyasına da başlanılıb. Bu sular kənd təsərrüfatı və şəhər infrastrukturunda istifadəyə yönəldilə bilər”.

Ekoloq bildirib ki, çimərliklərə yaxın yerləşən istirahət mərkəzləri, restoranlar və digər müəssisələr öz çirkab sularına görə birbaşa məsuliyyət daşımalıdır:

“Bu obyektlər modul tipli təmizləyici qurğular almalı və yalnız təmizlənmiş suyu Xəzər dənizinə axıtmalıdırlar. Artıq dünyada istehsalçının genişləndirilmiş məsuliyyəti prinsipi var. Bu o deməkdir ki, hər bir müəssisə fəaliyyətindən yaranan tullantıya görə cavabdehdir. Eyni yanaşma su tullantılarına da şamil edilməlidir”.

Sonda əhaliyə çağırış edən Rövşən Abbasov qeyd edib ki, insanlar istirahət etdikləri ərazilərdə çirkli su axıntılarını müşahidə edirlərsə, dərhal məsul qurumlara məlumat verməlidirlər:

“Hər kəsin öz sağlamlığına görə məsuliyyəti var. Əgər istirahət etdiyiniz yerdə suyun dənizə çirkli şəkildə axdığını görürsünüzsə, o ərazidən istifadə etməyin. Bu, həm özünüz, həm də ailəniz üçün təhlükə yarada bilər”.



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap