![]() |
|














Havalar da isinir, qiymətlər də - Səbəblər nədir?
Tarix 26.04.25, 18:24 |
|

Son günlər bazarlarda kartofun və soğanın qiymətində nəzərəçarpacaq artım var. Hər kəs gündəlik süfrəsində olan bu iki əsas məhsulun qiymətindəki dəyişiklikdən narahatdır. Üstəlik, qiymətlərdəki artım xeyli müddətdir müşahidə edilir. Havalar artıq isinsə də, soğanın və kartofun bazardakı qiymətləri yenə də iki manat ətrafındadır. Bəs bunun səbəbləri nələrdir? Bunun nə zamana qədər davam edəcəyi insanları düşündürən suallardandır.
Fermer Eldar Hüseynovun sözlərinə görə, kartofun və soğanın qiymətində artım tək bizim ölkəmizdə deyil, bütün dünyada mövcuddur: "Kartof və soğanın qiymətində yüksəlmə olacağı öncədən bəlli idi. Çünki dünya səviyyəsində kartof və soğanla bağlı problemlər müşahidə edilir. Belarus kartof çıxan kimi sərhədlərini bağlı elan etdi və heç bir ölkəyə idxal olmadı. Rusiyada isə bu il kartof az oldu. Bu da qiymətlərə təsir göstərir. Digər ölkələr boşluğu doldurmaq üçün məcburən Rusiyaya axın etdilər. Bütün ölkələrə Rusiyadan kartof tədarük edildi. Bütün ölkələr Rusiyadan ixraca üstünlük verdiyindən İran da qiymətləri süni şəkildə qaldırdı. Bu, bizim bazarımıza da təsirsiz ötüşmədi. Soğanda da səbəblər təxminən eynidir. Rusiyadakı məsələlərə görə qiymətləri yüksəlib”.
E.Hüseynov bildirdi ki, səbəblərdən biri də zərərvericilərdir: "Fermerlər bu il xəstəliklərlə güclü mübarizə apara bilmədilər. Çin dərman vasitələrinin qiymətini 40 faiz qaldırdı. Alınan dərmanlar isə zərərvericilərə qarşı yetərli mübarizə üçün kifayət deyil”.
Fermer qiymətlərə də aydınlıq gətirdi: "Bakıda hazırda Pakistandan gətirilmiş yuyulmuş kartofun kiloqramı 1 manat 40 qəpik, yuyulmamışı 1 manat 30 qəpiyə satılır. Türkiyə və Gürcüstan kartofu 1 manat 20 qəpik-1 manat 30 qəpik arasında dəyişir. Rayonlarda kartof və soğanın qiyməti Bakıdan da bahadır”.
E.Hüseynovun fikrincə, ölkəmizdə bu məhsullar qonşu dövlətlərə baxanda çox az əkilir: "Biz özümüzü kartof və soğanla tam şəkildə təmin edə bilmirik. Bu göstərici maksimum 20-25 faizdir. Kartof və soğan əkini ilə bağlı bazarımız kiçikdir. Ölkəmizdən yetərli qədər ixrac olmadığından daha çox əkilmir. Bu səbəbdən də məcburuq idxal edək. Əsasən İrandan, Pakistandan, Türkiyədən alırıq. Ən böyük idxalçılarımız Rusiya və İrandır. İrandan noyabr-dekabr aylarında hər gün ölkəmizə 10-15 maşın kartof daxil olur. Bu da 100 tondan çox məhsul deməkdir. Kartof və soğan əkini ilə bağlı məsələ bu cür davam edərsə, ixracdan asılılıq davam edəcək”.
Fermerin sözlərinə görə, bu tendensiya dəyişə bilər: "Yerli kartofumuz isə Cəlilabadda çıxmağa hazırlaşır. Pakistan kartofu da bazarlarda çoxalacaq. Pakistanın gömrük rüsumunda fərq olacağı gözlənilir. Çünki bununla bağlı danışıqlar olub. Əgər Pakistan kartofunun rüsumu azalsa, qiymətlər enə bilər. Amma dəyişiklik olmasa, qiymətlər bu tempdə qalacaq. Soğanın qiymətində isə bu yaxınlarda enmələr gözlənilir”.
İqtisadçı Rauf Qarayev isə deyir ki, illərdir bazarda qiymətlər bu şəkildə dəyişir: "Kartof və soğanla bağlı qiymət artımı və bu məhsulların çatışmazlığı əsasən mart-aprel aylarında olur. Bu il yaşadıqlarımız yeni baş verən proses deyil. Qiymətlərin enməsi əsasən may ayından etibarən başlayır. Bu da yerli kartofun bazara çıxarılmasından sonra olur”.
İqtisadçının fikrincə, hazırda qiymətlərin belə yüksəlməsinin səbəbi mövsümi faktorlardır: "Rayonlarda kartofun qiyməti 1 manat 20 qəpikdir. Növünə görə 1 manat 50 qəpik-2 manata qədər də dəyişə bilir. Səbəbi stabil hava şəraitinin olmamasında görürəm. Çünki hava gec isindiyindən yerli kartof hələ yetişməyib”.
R.Qarayevin sözlərinə görə, ət məhsullarına tələbat azaldıqca, kartofa tələbat yüksəlib: "Qiymətlərin bahalaşmasının səbəblərindən biri də kartofa tələbatın artması ola bilər. Buna görə qiymətlərdə enmələri görə bilmirik. Əvvəlki dövrlərdə digər tərəvəzlər bazara çıxdıqca kartofun qiyməti nisbətən aşağı düşürdü. Amma bir neçə ildir müşahidə etdikdə görürük ki, maksimum 10-20 faiz ucuzlaşma baş verir. Bu da illər üzrə tələbatın artması səbəbindəndir. Bu il də belə olması gözləniləndir. Bu halın qarşısının alınması üçün bazarda bolluq yaranmalıdır. Güman edirəm ki, may ayında qiymətlərdə enmələr müşahidə ediləcək”.
İqtisadçı yerli kartof və soğan istehsalındakı problemlərə də toxundu: "Yerli kartofla bağlı bir çox məsələlər mövcuddur. Məsələn, Gədəbəy kartofunun yığılmasında problem olmasa da, yetişdirilməsi ilə bağlı problemlər var. Torpağın dərmanlanması, dərmanların qiymətinin bahalaşması kimi amillər təbii ki, birbaşa bazara da təsir edir. Dərmanların tapılması da xeyli çətinləşib. Bu səbəbdən fermerlər məhsulu saxlaya bilmirlər. Məhsulların saxlanması üçün soyuducu anbarlar da azdır və onların qiyməti xeyli yüksəkdir. Soyuducuların sayı çox olmalıdır. Saxlanma şəraiti üçün qiymətlərdə güzəştlər edilməlidir”.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 169
Sosial
Xəbərlər
-
Xumarın dillər əzbəri olacaq “Eşq naməsi” - Video
-
Bütün rayon xəstəxanaları zərdabla təmin olunub? - Rəsmi açıqlama
-
İranda güclü partlayış - 14 ölü, 750 yaralı, 6 itkin...
-
Rus generalın qətlində şübhəli bilinən şəxs saxlanıldı - Türkiyədə
-
Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - VİDEO
-
Bakıda itkin düşmüş qızlar tapıldı - Taksi sürücüsü gizlədibmiş
-
“Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil“ - Trampdan ehtimal
-
Sədr dəyişdi, ancaq yeyinti davam edir - Rəsmi yoxlama nələri üzə çıxarıb?
-
Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK
-
MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ
-
“Lamborghini”ni həyat yoldaşının adına keçirmək istədi - ALDADILDI
-
Röya dekolteli libası ilə diqqət çəkdi - VİDEO
-
Sahibə Qafarova Papanın dəfnində - FOTOLAR
-
“Kurskda döyüşlər gedir” - Ukrayna Gerasimovun bəyanatını təkzib etdi
-
“Bunlar məxfi məlumatlardır“ - DİN-dən kart sahiblərinə növbəti xəbərdarlıq
-
“Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb“ - Hesablama Palatası
-
Azərbaycan və Pakistanın XİN başçıları telefonda danışıb - Müzakirə
-
Havalar da isinir, qiymətlər də - Səbəblər nədir?
-
“Bu nazirlikdə nöqsanların aradan qaldırılması gecikir” - Hesablama Palatası
-
Leyla Əliyeva Nepaldan paylaşım etdi - Fotolar
-
“Bakı şəhər Mədəniyyət Baş İdarəsində nöqsanların aradan qaldırılması gecikir“ - Palata
-
Nazir onu qərargah rəisi təyin etdi - FOTO
-
Mənimsəmədə ittiham olunan sabiq direktora hökm oxundu - Şərti cəza verilib
-
25 qız sığınacağa yerləşdirildi - Biri hamilədir
-
Roma Papası Fransisk dəfn olundu - FOTO/VİDEO
-
Qiymətləndiricilər AQP-nin 3 aylıq fəaliyyətini müzakirə etdilər - FOTOLAR
-
Zelenski və Tramp 15 dəqiqə danışıblar - Danışıqları davam etdirməyə razılaşıblar
-
Boy uzatma əməliyyatının hansı fəsadları olur? - VİDEO
-
“150 milyon çinli turistin cəmi 1 %-i Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq“ - İlham Əliyev
-
“Kursk vilayətinin azad edilməsi əməliyyatı başa çatıb“ - Kreml
-
75 yaşlı qadını öldürüb quyuya atan Aypara tək olmayıb - Daha bir qadın tutuldu
-
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
İmamoğlunun qaynı da həbs edildi - Daha 47 nəfər saxlanılıb
-
“Bunu bilmək istəyirsinizsə, Zelenski ilə əlaqə saxlayın” - Lavrov
-
Məktəblərdə son tətil başlayır - Bu tarixlərdə
-
İlham Əliyevin Pekində Çinin CGTN telekanalına müsahibəsi - TAM MƏTN
-
Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlandı - SİYAHI
-
Həbsdən azad edilən Əvəz Zeynallı: “Tələb olunan müayinələrdən keçməliyəm”
-
Neftə tələbat son 50 ildə ən aşağı səviyyədə olub - Qlobal Enerji İcmalı açıqlandı
-
Beynəlxalq Ədalət Məhkəməsindən qərar - Ermənistanın iddialarını rədd edildi
-
Dəniz kənarındakı qanunsuz tikili söküldü - VİDEO
-
Araz çayında suyun səviyyəsi 41 sm artıb - Xidmət
-
İcra başçısı Şirvanda baş verən “yaşıl ağacların qətliamdan“ xəbərsizdir? - VİDEO
-
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var
-
“Bizim mövqeyimiz dəyişməzdir” - Zelenski
-
Qəzzada İsrail qətliamı davam edir - Bir gündə 78 fələstinli öldürüldü
-
Hindistan-Pakistan gərginliyi: Silahlı qüvvələrin güc nisbəti necədir?
-
Amerikalıların əksəriyyəti Trampın siyasətini qarışıq və qorxulu sayır - Sorğu
-
Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 39-cu ili - ÇERNOBIL FACİƏSİ
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Traktor”dan dramatik qələbə - Liderliyini davam etdirir
-
Ərdoğan Azərbaycana gələcək - Gələn ay
-
Yol üstündə mübahisə qətllə nəticələndi - VİDEO
-
Pike sevgilisindən ayrıldı - FOTO
-
Uitkoff uğurlu görüş keçirib - TRAMP
-
MRT və KT müayinələri ödənişli olacaq - VİDEO
-
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya olundu - RƏSMİ
-
“Vertolyot vurulan günün səhəri Şuşada mənim toyum idi” - Fotolar
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri... - CƏDVƏL
-
Əvəz Zeynallının azadlıqda ilk FOTOSU
-
Müğənni Zeynəb ərə gedir? - Gəlinlik libasında fotolarını paylaşı
-
Putinlə Uitkoff arasında görüş başa çatdı - Görüş 3 saat çəkib
-
“Ərdoğansız Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil” - “The Economist“
-
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: Parlaqlıq sizi aldatmasın
-
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
“Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb, Ermənistan addımlar atmalıdır“ - Prezident
-
Tibb bacısından pensiya dələduzluğu - Məhkəmə hökm oxudu
-
Azərbaycandan İsrailə 8 ədəd xüsusi cihaz göndərilib - Qiyməti 5 milyon dollardır
-
Vilayət Eyvazov generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
-
Prezident Anar Quliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
-
Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə görüşdü - FOTO
-
Milli mətbuatın 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
-
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Əvəz Zeynallı azadlığa buraxıldı - Məhkəmə qərar verdi
-
Sahil Babayev 500 milyonu banka yerləşdirdi - Deputat tənqid etdi
-
“Krım Rusiyanın tərkibində qalacaq” - Donald Tramp
-
Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var
-
Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində - Fotolar
-
“Müalicə uğurla gedir, Azərbaycanın dəstəyini hər an hiss edirəm” - Azər Rəşidoğlu
-
“Əleyhimə ifadə verənləri Allaha tapşırmışam“ - Yarım milyonluq kibercinayətkarlıq
-
“Pul saya bilmirəm, mühasib işləməyə savadım çatmazdı“ - Yarım milyardlıq kibercinayətkarlıqla bağlı məhkəmə
-
Subsidiya üçün əkinlərinizi EKTİS-də bəyan edin! - Fermerlərə çağırış
-
“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır“ - İlham Əliyev
-
Tibbi sığorta ilə bağlı dəyişiklik - Vətəndaşların nəzərinə
-
“Gecəni mənimlə oteldə keçirməlisən“ - Bakıda homeseksual tələbəni qaçırdı
-
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi - FOTO
-
Hakan Fidandan Türk dövlətlərinə xəbərdarlıq: “Kipr oyunlarına alət olmayın!”
-
Onların təhsil xərcləri bu şərtlə ödəniləcək - 700 dollardan çox olmasın
-
“VMR Esthetic Clinic”in belə bir lisenziyası yoxdur“ - Nazirlik qalmaqallı klinika barədə açıqlama yaydı
-
Şəhid ailələrinə verilən mənzillərin sahəsi nə qədərdir? - Tam siyahı
-
ATƏT-in Baş katibi İlham Əliyevin qəbulunda - Fotolar
-
İcra başçısı “Ulduz” şokolad fabrikini ziyarət edib - Sahibkarlar Günü ilə əlaqədar
-
Əsgərlikgən gəldiyi gün həbs olundu - Ağsuda olay
-
Hindistan-Pakistan gərginliyi pik həddə - Müharibə başlaya bilər
-
Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi - 15 sutka
-
Prezident Kaya Kallası qəbul etdi - FOTO
-
Masazırda qanunsuz obyekt inşa edilir? - FOTOLAR
-
Beyləqanda Şəfəq Nasirlə görüş - FOTOLAR
-
İnam Kərimov Çində səfərdə olub - FOTOLAR
-
“Zelenski günahkar deyil...“ - Starmer Trampa etiraz edib
-
Bakıda zəlzələ riski: Binalar sarsıntıya tab gətirə bilər? (VİDEO)
-
“Pilot 16” MMC şirkəti ilə vətəndaş arasında növbəti qalmaqal - VİDEO
-
Kiyev ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşır - “Bild“
-
Bələdiyyə sədrinin yalanı belə ifşa edildi - VİDEO
-
Şadlıq evləri toy sahibinə qəbz təqdim edəndə qiymətlər daha yüksək olur? - VİDEO
-
“Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
-
“Qarabağ”ı xüsusi rəqib kimi görmürəm“ - Qara Qarayev
-
“Space TV”yə xəbərdarlıq edildi - Rəşad Dağlıya görə
-
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
-
İsrail Qəzzada yaşayış binasını atəşə tutdu - 7 fələstinli qətlə yetirildi
-
ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir - “Bloomberg“
-
Ermənistanın Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu - FOTOLAR
-
İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıb? - Açıqlama
-
Ağstafada məktəb 10 gündür elektriksiz qalib - VİDEO
-
“Çindən 3.7 milyardlıq alıb, cəmi 19.5 milyon dollarlıq mal satırıq” - Millət vəkili
-
Zərərçəkmiş Şuşanın işğalı günündən danışdı: Bombalar yağış kimi yağırdı
-
Sağikən özlərinə qəbr yeri alırlar - Bakıda 5000 manata satılır
-
“Atlant“ İstirahət Mərkəzi qayınata ilə kürəkəni məhkəmədə bir-birinə qarşı qoyub
-
“Rusiya Bəşər Əsədin ekstradisiyasından imtina edib” - Əhməd əl-Şaraa
TOP 10
ARXİV