“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Almaniyada yeni hökumət elan ediləcək - Koalisiya sazişinin açıqlanacağı gözlənilir

Tarix 09.04.25, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyada mühafizəkar CDU/CSU blokunun və Sosial Demokratların (SPD) liderləri bu gün Berlində mətbuat konfransında bu siyasi qüvvələrin hakim koalisiya haqqında sazişi elan edəcəklər.

Razılaşma CDU lideri Fridrix Merzin rəhbərlik edəcəyi gözlənilən yeni kabinetin formalaşmasına zəmin yaradacaq.

Mətbuat konfransında Merz, CSU lideri Markus Söder və SPD həmsədri Lars Klinqbeyl iştirak edəcək. Müqavilənin məzmunu hələ açıqlanmayıb. Yerli media mənbələrə istinadən yazır ki, yeni kabinetdə xarici işlər və iqtisadiyyat nazirlikləri XDİ və ya CSU nümayəndələrinə verilməli, Sosial Demokratlar isə xüsusilə maliyyə və müdafiə nazirliklərini alacaqlar. Yeni hökumətin tərkibi ilə bağlı hər hansı razılaşmaların olub-olmadığı hələlik məlum deyil.

Hər iki siyasi qüvvə daha əvvəl bu il aprelin 20-nə təsadüf edən Pasxa bayramına qədər danışıqları başa çatdırmaq istədiklərini bildiriblər. Koalisiya sazişi Sosial Demokratların partiyadaxili səsverməsi, həmçinin CDU/CSU konqresi tərəfindən təsdiqlənməlidir. Bu, baş verərsə, Merz mayın əvvəlində kansler vəzifəsini icra edə bilər.

Fevralda keçirilən Bundestaq seçkilərində CDU/CSU bloku qalib gəlib. Üçüncü yeri Sosial Demokratlar tutub. Bu iki qüvvə birlikdə Bundestaqda çoxluq təşkil edir və yeni kabinetlə bağlı danışıqlara digər qüvvələrin nümayəndələrini cəlb etməkdə maraqlı olmaya bilər. Beləliklə, “Yaşıllar”, “Almaniya üçün Alternativ” kimi sağ populist və “Sol Partiya” müxalifətdə qalacaqlar. Yeni kabinetin Ukraynaya dəstək siyasətini davam etdirəcəyi gözlənilir. Müdafiə xərcləri də artırılacaq.

Gələcək hökumətin digər siyasət prioritetləri koalisiya sazişində göstəriləcək.



Xəbərin oxunma sayı : 796




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap