![]() |
|














“Kursus-Nizami” MTK Nizami rayonunda narazılıq yaradır - ŞİKAYƏT
Tarix 22.02.25, 16:08 |
|

"Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsus olduğu bildirilən və "Qarayev Residence” kimi tanınan "Kursus-Nizami” MTK-nın qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynov Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli ünvanda mənzillərini uçurtduğu narazı sakinləri razı salmaq əvəzinə, mətbuatı susdurmağa çalışır.
E.Hüseynov Pravda.az-la əlaqə saxlayaraq, kobud formada sakinlərin iddialarının yalan olduğunu bildirib. O qeyd edib ki, binalar məhkəmə qərarı əsasında, polis əməkdaşlarının müşayiəti ilə sökülür.
Şikayətin dərc edilməsinə görə narahat olduğu görünən şirkət rəhbəri mövqe bildirmək, məsələyə aydınlıq gətirmək əvəzinə, media subyektini mühakimə edib ki, məlumat mövqe olmadan dərc olunub, ona görə də "prokratura”ya (prokurorluq-red) şikayət edəcək. Bina sökən iş adamı medianı sakinlərlə qarışıq salmamalıdır. Pravda.az olaraq, vətəndaşların mənzillərini sökən şirkət rəhbərinə bildirdik ki, yazı dərc edilməzdən öncə, qarşı tərəflə, yəni məsul şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Əməkdaşımız hətta Y.Qədimbəylinin adı hallandığından "Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimlə əlaqə saxlayıb. O da bildirib ki, bu suala cavab verə bilməz. Media qurumu olaraq, nə mümkündürsə etmişik. E.Hüseynovun narazılığı mövqe bildirməklə bağlı idisə, qanunvericiliyin tələblərinə uyğun olaraq, biz ona şərait yaratmışıq. Yox, əgər niyyət şikayət materialının saytda dərc edilməsini əngəlləməkdirsə, bu, mümkün olmayacaq. Prosesin gedişi də belə davam edəcək. Bu cür hallar hər zaman müşahidə edilir: Yazı dərc edilməzdən öncə qarşı tərəf axtarılır, amma əlaqə saxlamaq mümkün olmur, amma yazı dərc edildikdən sonra qəfil peyda olaraq, "mövqe davası”na çıxırlar.
Üstəlik yaydığımız materialda sakinlərdən birinin vəkilinin videomüraciəti də var. Digər vəkil Əkrəm Həsənov da MTK-dan şikayətçidir, dəfələrlə məsələyə toxunub. Şirkətin bu qədər fakta qarşı ciddi arqumenti varsa, təqdim etsin. Ümumi sözlərlə məsələ həll edilmir. Bəlkə gəlib redaksiyanı da sökmək fikrinə düşəsiniz?! Ölkə rəhbərliyi gecə-gündüz vətəndaşların qayğıları ilə maraqlanır, problemlərin həll edilməsinə çalışır, Qarabağı qurur, "Böyük qayıdış" həyata keçirir, insanları evlə, mənzillə, iş yeri ilə təmin edir. Belə olan vəziyyətdə Bakının mərkəzində 5-10 ustadan ibarət komanda vətəndaşları narazı salır. "Kursus-Nizami”nin rəsmi və qeyri-rəsmi rəhbərliyi bilməlidir ki, mülkiyyət hüququ toxunulmazdır. Şikayət varsa, deməli, narazılıq var. Vətəndaşı mütləq razı salmaq lazımdır. Bu, qanunun tələbidir. Belə hallara görə Avropa Məhkəməsinin xeyli qərarı var ki, mülkiyyət hüququ pozulub. Ölkə daxilində baş verən məsələ niyə Avropa Məhkəməsinədək gedib çıxmalıdır?
Yəqin ki, baş verənlərdən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi məlumatlıdır. Çünki sakinlərin bildirdiyinə görə, adıçəkilən qurumlara da müraciət ünvanlanıb. Ümid edirik, qanunun tələbi nədirsə, ona uyğun da tədbir görüləcək.

Xəbərin oxunma sayı : 247
Sosial
Xəbərlər
-
Bakıda mənzillər niyə sürətlə satışa çıxarılır?- VİDEO
-
Goranboyda təcili yardım maşını piyadanı vuraraq öldürdü - VİDEO
-
Azərbaycanda temperatur mənfi 17 dərəcəyə endi - FAKTİKİ HAVA
-
İKZF əməkdaşlarını sığorta etdirir – 267 minlik müqavilə
-
Bu il qəbul imtahanlarının ballarında artım gözlənilirmi? - VİDEO
-
Azərbaycan Premyer Liqası:“Qarabağ” “Sabah”la heç-heçə etdi
-
Şimali Koreya ABŞ-yə xəbərdarlıq etdi: Cavab verəcəyik!
-
Təbrizdə uşaqların “Bu qala daşlı qala” oxuması gündəm oldu - VİDEO
-
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 1 gündə 48.5 mln.luq tender elan edib
-
Fasilədən sonra yenidən qar yağır - Faktiki hava
-
30 manatını vermədilər deyə 2700 manatlıq aparatı oğurladı - Məhkəmə
-
Bakıda dəhşətli cinayət: həyat yoldaşını və 4 yaşlı oğlunu bıçaqladı
-
“Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır” - TƏKLİF
-
Dünən Bakıda birlikdə yeyib-içən 4 dostun meyiti tapıldı - Nədən ölüblər?
-
“Evli kişi ilə heç vaxt münasibətdə olmamışam“ - Samirə
-
General evində yıxılaraq öldü - “Başı döşəməyə dəyib...“
-
Sistem donur, xəta bildirişləri gəlir - Azərbaycanda keçirilən ipoteka aksiyaları niyə uğursuzdur?
-
Özünü deputatın xalası oğlu kimi təqdim etmişdi - Məhkəmədə qandallandı
-
“Kursus-Nizami” MTK Nizami rayonunda narazılıq yaradır - ŞİKAYƏT
-
Ərdoğan Suriyaya Ramazanın ilk günü səfər edəcək - KİV
-
Putin göstəriş verdi: İlon Maskla işləyin!
-
Neftçalanı 1,2 milyona “abadlaşdıracaq“ şirkətin 154 min vergi borcu var
-
Uşaqlarını başqa məktəbə keçirmək istəyən valideynlərin DİQQƏTİNƏ
-
Futbol tarixinin ən bahalı transferi reallaşa bilər - Ərəblər Vinisiusdan əl çəkmir
-
Rusiya ilə ABŞ arasında növbəti görüş keçiriləcək - Bu tarixdə
-
Kirayə qaldığı evdən 4 min oğurladı - Polis saxladı
-
Sabah da hava qarlı olacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
-
Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifədən çıxarılıb - Sərəncam
-
Xankəndi uşaqlarının qar sevinci - Fotolarda
-
Universitetlərə ərizə qəbulunun qiyməti dəyişib? - VİDEO
-
Aptekdən 500 manat oğurladı - Saxlanıldı
-
16 yaşlı oğlan bıçaqlandı - 2 nəfər saxlanıldı
-
ABŞ və Ukrayna müqavilə imzalaya bilər - Bu tarixdə
-
Dövlət Agentliyi blogerlərə 4 milyon manat ayırıb - SİYAHI
-
20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
-
“Bütün dünya “Oreşnik”dən danışır” - Putin
-
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq? - VİDEO
-
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata...
-
Berbok ABŞ-a xəbərdarlıq etdi - “Təzyiqi artıracağıq”
-
Növbəti illərdə Bakının hansı ərazisindən ev almaq daha ucuz olacaq? - Açıqlama
-
Astarada 3 nəfərin xəsarət aldığı faciəli hadisəyə səbəb nə olub? - VİDEO
-
Tramp Moskvaya gedəcək? - Özü açıqladı
-
Buzlu yolda qəzaya görə zərəri kim qarşılayır? - VİDEO
-
Hadisənin yeni klipi müzakirələrə səbəb oldu - Fotolar
-
UEFA-nın yenilənən reytinqi: Azərbaycan klubları neçəncidir?
-
Zelenski yalan danışır, razıdır - Marko Rubio
-
Yarasalarda yeni koronavirus tapıldı: İnsana yoluxma riski var
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
-
Türkiyədə FETÖ-yə qarşı əməliyyat - 353 nəfər saxlanıldı
-
“İlham Əliyev nümunəvi liderdir” - Gürcüstan Prezidenti+Video
-
Qanunsuz ağac kəsmədə təqsirləndirilən vəzifəli şəxs həbs edildi - RƏSMİ
-
Dağlıq rayonlarda 16 dərəcə şaxta qeydə alınıb - Faktiki hava
-
Yasamal icra başçısı “BMW X7” maşını ilə qaydaları belə pozdu - FOTOLAR
-
Azərbaycanda ən rekord şaxta neçənci ildə qeydə alınıb? - AÇIQLAMA
-
Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev kimdir? - DOSYE
-
Həbsdə yatan nişanlıya qeyri-adi “yemək“: Qazandan iki telefon çıxdı
-
Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı
-
Avtoqəzalar ilə bağlı məhkəmə mübahisələrinə dair - Mühüm qərar
-
Bakı və Abşeronda 2 dərəcəyədək şaxta var - Faktiki hava
-
Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - Siyahı
-
750 manata sosial yardım “düzəldən” şəxsə hökm oxundu - MƏHKƏMƏ
-
Avroliqada 1/8 finalın püşkü atıldı - “Fənərbağça”nın rəqibi bilindi
-
İçdiyi viskinin şüşəsi ilə atasını öldürmüşdü - Cəzadan azad edildi
-
Emil Qarayevə ali xüsusi rütbə verildi - Sərəncam
-
Temperatur daha 5 dərəcə enəcək - Növbəti xəbərdarlıq
-
Binəqədi icra hakimiyyətinin tabeliyində olan idarə borclanıb - 5 milyon manat
-
Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilər sığınacaqlara çəkilib - FOTOLAR
-
Melissa Park”a xəbərdarlıq edildi - Sakinlərin hüquqları pozulub
-
Rütbəli şəxslərin əmək pensiyaları... - Təyin edilmə və hesablanma qadası dəyişib
-
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTOLAR
-
Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd ediləcək - Sərəncam
-
Hava ilə bağlı FHN-dən daha bir - Müraciət
-
Sabiq baş həkim dövlətə vurduğu yarım milyonluq ziyanı ödəyəcək - MƏHKƏMƏ
-
Bu gün avtobuslar bu saata qədər işləyəcək - XƏBƏRDARLIQ
-
Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı - Ofis icarəyə götürüb
-
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
-
Beyləqanda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
-
Ülvi Quliyevin oğlu sahibkarın səhmlərini əlindən alıb - ŞİKAYƏT
-
Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
-
Yenə qar yağacaq, yollar buz bağlayacaq - Sabahın havası
-
“Putinlə Trampın görüşü bundan asılıdır” - Marko Rubio
-
Bu şirkətlərlə bağlı cinayət işi açıldı - Siyahı
-
“Mən dövlətimizi sata bilmərəm“ - Zelenski
-
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - Təfərrüat
-
“Xaliq Faiqoğlu“ sərnişinlərini 1.5 saat çovğunda saxladı - VİDEO
-
Pensiyaya çıxmadan topladığımız kapitaldan kredit ödəyə biləcəyik - YENİLİK
-
Azərbaycanda hərbçilər ən çox bu qəzetləri oxuyurlar - Siyahı
-
Böcək unu Azərbaycanda satıla bilərmi? - VİDEO
-
Qarlı havaya görə 15 nəfər xəsarət aldı - 2-si əməliyyat olundu
-
İnstaqrama yeniliklər gəldi - FOTO
-
Prezident Hulusi Akarı qəbul etdi - FOTO
-
Bu gün də Bakıya qar yağacaq - Çovğun olacaq
-
İcra Hakimiyyəti şəhid atasının özünə xəsarət yetirməsi ilə bağlı məsələyə aydınlıq gətirdi
-
Kürdəmirdə avtomobil kanala düşdü - 2 nəfər boğularaq öldü
-
Bakı metropolitenində tikiləcək 10 metro stansiyası ilə bağlı işlərə başlandı - VİDEO
-
Tramp sizi sadəcə şoka salmaq istəyir - Boris Conson
-
71 sm qar, 15 dərəcə şaxta - Faktiki hava
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Azərbaycanın hər yerində qar yağır - FAKTİKİ HAVA
-
“Mançester Siti“ 7 futbolçunu satmağa qərar verdi - ADLAR
-
Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb? - DİM-dən açıqlama
-
Qonşular istilik pulunu ödəmədi, digərləri istiliksiz qaldı... - VİDEO
-
Naxçıvanda yeni idarəetmə modeli yaradılır - Konstitusiya dəyişir
-
Bəzi yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
-
Şagirdlərin yerdəyişməsi prosesində nələrə diqqət etmək lazımdır? - VİDEO
-
Axundov kitabxanasında xaos yaşanır? - Direktor müavinindən açıqlama
-
BBC-yə 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub - Ayxan Hacızadə
-
“Tramp Zelenskidən qurtulmaq istəyir” - “Economist”
-
Hansı rayonda nə qədər işsiz var? - Tam siyahı
-
"Biz özümüzü qurban hesab edirik” - Arayik Harutyunyan
-
9-cu sinifdən kollecə qəbul olmaq istəyənlərin nəzərinə: Martın 5-dək...
-
ABŞ dünyadakı seçkilərə milyonlar xərcləyib - Tramp
-
“Ukrayna 700 minə yaxın insan itirib” - Tramp
-
Maral və ayı ətinin satışı qadağandır? - Açıqlama
-
Naxçıvanda 8 qurum birləşdi - SİYAHI
-
Bu rayonlara qar yağır: Faktiki hava açıqlandı
-
Mənzil satışında yenilik - Bundan sonra...
-
Yük maşınları necə yoxlanılacaq? - Hökumət iki quruma səlahiyyət verdi
-
53 milyon dolların Azərbaycana qaytarılması təmin edildi - RƏSMİ
-
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - Ölkələrin siyahısı
TOP 10
ARXİV