Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

“Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır” - TƏKLİF

Tarix 22.02.25, 18:36

Font ölçüsü : - / +
bitmap-img6


"Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib.

"Ümumiyyətlə, regionların idarə edilməsində tam yeni idarəçilik üsullarına və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var, amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə başlanılmalıdır.

Kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s. çox böyük müsbət təsirləri olacaq.

Ən əsası, kəndlərdə təhsil, səhiyyə və digər xidmətlərin göstərilməsi mümkün olacaq ki, bu da hər sakin üçün əlçatan olacaq. Hazırda ucqar ərazilərdə nəinki poliklinika, heç kiçik tibb məntəqəsi, apteki, bankomatı, normal yolu-izi, normal məktəbləri olmayan və digər çoxsaylı xidmətlərdən yararlana bilməyən saysız hesabsız kəndlərimiz var. Kəndlərin birləşdirilməsi ilk baxışdan böyük vəsait tələb etsə də, prosesin sonunda həm dövlət, həm də insanlar qazanacaq", - E.Əmirov əlavə edib.



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap