“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Azərbaycanla münasibətlər daha da inkişaf edəcək“ - İsrailin yeni səfiri

Tarix 29.04.25, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan hər bir insanın özünü azad və xoşbəxt hiss etdiyi, hamıya hörmətlə yanaşıldığı bir dövlətdir. Burada mən sadəcə diplomatiyanın yüksək səviyyədə olduğunu deyil, əsl insanpərvərlik nümunəsini görmüşəm”.

APA yerli “stmeqi.com” portalına istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Akko şəhərində yerləşən və Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinə məxsus olan “Azərbaycan Evi”ndə çıxışı zamanı bildirib.

Səfir Kraus hələ 2011-ci ildə Bakıdakı səfirliyin müşaviri işlədiyi dövrü xatırlayıb.

Diplomat ölkələrimiz arasındakı münasibətlərin gündən-günə daha da inkişaf edəcəyini açıqlayıb.

Tədbirdə eyni zamanda, yəhudilərin İsraildən sonra təhlükəsiz və rahat şəraitdə yaşadığı ikinci ölkənin məhz Azərbaycan olduğu diqqətə çatdırılıb.

Çıxış edənlər Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının tezliklə imzalanacağına inam ifadə ediblər. Bununla yanaşı, rəsmi İrəvanın bütövlükdə regiona zərər verən addımları qınanılıb.

Daha sonra səfir “Azərbaycan Evi”nin yerləşdiyi bina ilə tanış olub.

Görüşün sonunda xatirə fotosu çəkdirilib.



Xəbərin oxunma sayı : 178




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap