“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Çin Qafqaz siyasətində Azərbaycana xüsusi önəm verir

Tarix 28.04.25, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və dünyada iqtisadiyyatın həcminə görə ikinci dövlət hesab olunur. Azərbaycan müstəqilliyi bərpa etdikdən sonra 1992-ci ilin aprelindən başlayaraq iki ölkə arasında diplomatik münasibətlər qurulmağa başladı və bu illər ərzində bu münasibətlər artan dinamika üzrə inkişaf edib. Bu münasibətlərin ən kulminasiya nöqtəsi hesab edirəm ki, ötən ilin iyulunda Azərbaycan və Çin arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədir. Bu, iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə daxil olması deməkdir və eyni zamanda, Çinin Qafqaz siyasətində Azərbaycana xüsusi önəm verməsindən xəbər verən amildir.
      
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı istiqamətində növbəti bir addımdır. Dövlət başçısının səfərləri ölkələr arasında inteqrasiyanın daha da güclənməsinə və yeni-yeni əməkdaşlıq imkanlarının yaranmasına öz töhfəsini verərək uzunmüddətli perspektivlər yaradır. Artıq Azərbaycanın nəhəng istehsal mərkəzi kimi dünyanın ikinci ən böyük iqtisadiyyatına malik fövqəldövləti ilə genişmiqyaslı və uzunmüddətli əməkdaşlığına dair çoxsaylı razılaşmalar mövcuddur.
      Pekində olarkən Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına geniş müsahibə verib. Azərbaycan və Çin arasında münaibətlərin yüksək dəyərləndirildiyi bu müsahibə aprelin 25-də həmin televiziya kanalında yayımlanıb.
Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, "Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm".
      
Prezident İlham Əliyevin Çin Xalq Respublikaslba dövlət səfəri zamanı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalanıb və bu Bəyanatda Azərbaycan və Çin ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş də öz əksini tapıb. Cənab Prezidentin müsahibəsə qeyd etdiyi kimi: "Bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi".
      Çin şirkətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həyata keçirilməsində hazırda fəal iştirak edirlər və bu istiqamətdə iki dövlət tərəfindən ciddi addımlar atılmaqdadır. Xəzər dənizində gəmi istehsalının stimullaşdırılması və malların Azərbaycan üzərindən keçməklə daşınması Çin şirkətləri üçün prioritet təşkil etməkdədir.
      
Qeyd edilib ki, Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir. Bu gün Çin ən böyük ixracatçıdır və ya bir nömrəli idxal mənbəyidir. Azərbaycanın Çində 6 Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycandan artıq Çinə şərab ixracıba başlanılıb. "Kəmər və Yol" layihəsinə gəlincə, ölkəmiz üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Azərbaycan bu marşrut üzərində şirkətlər qurmaq istəyir, çünki ölkənin coğrafi mövqeyi çox əlverişlidir.
      
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşir. Son illərdə görülən işlər nəticəsində Azərbaycanda 8 beynəlxalq hava limanı inşa edilib, dəmir yolları, dəniz limanları, magistral yollar inşa edilib və ya əsaslı şəkildə yenidənqurulub. Beləliklə, əsas hədəf bu marşrut üzərində biznes qurmaqdır. Bu istiqamətində işlərdə Çin şirkətləri də yaxından iştirak edir. Onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzalayıblar.
      
Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, "Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm".
Müsahibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinlə münasibətlərindən danışarkən deyib: "Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik.
      
İqtisadi münasibətlər istənilən halda digər münasibətlərə -  həm siyasi münasibətlərə, həm iki dövlət arasındakı digər sahələrdəki münasibətlərə, eləcə də iki xalq arasında münasibətlərin inkişaf etməsinə rəvac verən müsbət amillərdir. Azərbaycan iqtisadi cəhətdən regionun aparıcı dövlətidir və ölkəmizin iştirak etməyəcəyi hansısa layihə bu regionda reallaşa bilməz. Bu səbəbdən də Çin Xalq Respublikası, eləcə də bu ölkənin şirkətləri Azərbaycan üzərindən tranzit daşımalarına, iqtisadi sahədə münasibətləri daha da inkişaf etdirməyə maraq göstərirlər. Bu mənada Çin-Azərbaycan münasibətlərinin gələcəkdə daha da surətdə inkişaf edəcəyi gözlənilir.

Afaq Xankişiyeva



Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap