![]() |
|














Strateji məzmunlu Azərbaycan-Çin münasibətləri
Tarix 29.04.25, 6:00 |
|

Dünya dövlətlərinin rəsmi Bakı ilə münasibətlər qurmaqda maraqlı olmasının əsas səbəbi Azərbaycanın ikitərəfli və çoxtərəfli formatda imzaladığı müqavilələrə sadiq qalması, zəngin neft-qaz ehtiyatlarına malik olması, qlobal nəqliyyat qovşağında yerləşməsi, regionun lider dövlətinə çevrilməsidir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır.
Azərbaycan gənc dövlət olmasına baxmayaraq, qazandığı uğurlar hər ötən il daha da artır və xarici siyasətdə parlaq nəticələr bir-birini əvəz edir. Növbəti belə uğur Prezident İlham Əliyevin Cin Xalq Respublikasına baş tutan dövlət səfəri zamanı əldə edilib.
Prezident İlham Əliyevin Çin Xalq Respublikaslba dövlət səfəri zamanı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalanıb və bu Bəyanatda Azərbaycan və Çin ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş də öz əksini tapıb.
Cənab Prezident səfər çərçivəsində Pekinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Ölkə başçısı müsahibəsində qeyd etdiyi kimi: "Bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi".
"Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq.
Bildirilib ki, il ərzində təqribən 150 milyon çinli xaricə səfər edir. Onların kiçik bir qisminin Azərbaycana gəlişi ölkəmizin turizm sektorunun inkişafına böyük töhfə ola bilər. Ölkəmizin böyük coğrafi üstünlükləri var - Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Bundan əlavə, Azərbaycan mətbəxinin və qonaqpərvər insanlarımızın sadaları dünyaya yaxşı məlumdur. Buna görə də bu gün ölkəmizin təbliğatına ehtiyac vardır. İki ölkə arasında vizaların ləğvi gələcəkdə müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində əlaqələrin artmasına yardımçl olacaqdır.
Azərbaycanla Çin "Bir kəmər, bir yol" çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisində və istismarında fəal iştirak edir. Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdəndir. Bununla yanaşı, Azərbaycanın nəqliyyat-logistika sahəsindəki inkişafı və bu sahəyə dövlət tərəfindən xüsusi nəzarətin olması Çinin də diqqətindən kənarda qalmır. Bu sahəyə Azərbaycanın güclü investisiyalar qoyması digər ölkələr kimi, Çini də ciddi maraqlandırır.
Müsahibədə iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivlərinə xüsusi yer ayrılıb. Çinin modernləşmə və burada aparılan islahatlara toxunulub, Çinin keçdiyi tərəqqi yolundan, bu təcrubədən yararlanmalardan danışılıb. Qeyd edilib ki, Azərbaycanın iqtisadiyyatı günügündən güclənir. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Ölkənin mübadilə olunan valyuta ehtiyatları xarici borcundan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsi 5 faizə endirilib, iqtisadiyyatın şaxələndirilməsi davam edir. Yaşıl enerjiyə keçid Azərbaycan üçün əsas prioritetlərdəndir. Beləliklə, Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub.
Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, imzalanan və icra fazasında olan müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək.
Hazırda Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Cənab Prezidentin müsahibədə bildirib ki: "Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq - 6 min meqavat Günəş və elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik".
Bu gün elektriklə işləyən 160 avtobus alinaraq istismara verilib, əlavə olaraq daha 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlanılıb. Bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlanılacaqdır. Ölkə qarşısında duran əsas məqsəd Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir.
"Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və sizin gündəliyinizə uyğundur"-deyə ölkə başçısı bildirib.
Eyvaz Fərzəliyev
Xəbərin oxunma sayı : 145
Sosial
Xəbərlər
-
“Tramp 100 gündə 121 min işçini işdən çıxarıb“ - “CNN“
-
Ağalı sakinlərinə əkin torpaqları verildi - ŞƏRTLƏR
-
Saat hesabı iş zamanı maaş nə qədər olacaq? - “1 saat üçün 2 manat 40 qəpik...”
-
“Batı Göz” klinikasının baş həkiminin cinayət işi - Benzin pulu, təmir, dərman adı ilə 72 minlik mənimsəmə
-
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç - Fotolar
-
“Premium Bank”ın filial müdiri məhkəmə zalında həbs edilib - 461 min manatlıq qalmaqal
-
Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü - FOTO
-
Minatəmizləmə Agentliyinin daha bir tenderində qanunsuzluq - Ləğv edildi
-
Nazir tanınmış cərrahı müşavir təyin etdi - Aprel döyüşlərinin iştirakçısıdı
-
“Azercell” bu nömrələri 36 min manata satışa çıxardı - Siyahı
-
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
-
Bu ixtisasların keçid balı 200-dən azdır - SİYAHI
-
”Terror qruplaşmalarının qarşısının alınmasında vahid mövqe vacibdir” - Əli Nağıyev
-
Cəlbedici qazanc, sığorta, viza işləri... - Kartlar talanmaqda davam edir
-
İşıq, qaz və su pulu ilə bağlı yenilik - Bundan sonra... + VİDEO
-
Bakıda məşhur şadlıq evləri cərimələndi - SİYAHI
-
Turizmin beşiyi olan tarixi kəndlər - FOTOLAR
-
Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?
-
“Dünyanı idarə edirəm, bu mənə çox əyləncəli gəlir” - Tramp
-
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
-
Klinika ilə tikinti şirkəti arasında münaqişə bitmək bilmir - VİDEO
-
“İstanbul buna dözə bilməz!” - Ərdoğan
-
Dövlət qurumunda kütləvi ixtisar - VİDEO
-
“Müharibə yaxın iki və ya üç günə başlaya bilər“ - Pakistanın müdafiə naziri
-
Balıq ovuna moratorium tətbiq edilir - VİDEO
-
Strateji məzmunlu Azərbaycan-Çin münasibətləri
-
Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
-
Model Günay Musayevadan bikinili - Fotosessiya
-
“Təəssüf ki, onunla heç vaxt eyni komandada oynaya bilmədim“ - Ronaldinyo
-
İran Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Deputatlar bu tarixdə toplanacaq - Nələr müzakirə olunacaq?
-
Əliyev Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşdı - VİDEO
-
Arayik, Arkadi, Bako və digərlərinin məhkəməsi davam edib - Şuşanın işğalında kimlərin iştirak etdiyi açıqlanıb
-
İnterpol Makronun mühafizə rəisini axtarışa verdi - DTX-nın sorğusu əsasında... (ŞOK)
-
Pezeşkian Bakıda Şəhriyarın şeiri oxudu - “Bir görəydim ayrılığı kim saldı?”
-
Beyləqanda da Zərifə Əliyeva ilə bağlı tədbir keçirildi - Fotolar
-
Çin Qafqaz siyasətində Azərbaycana xüsusi önəm verir
-
Pezeşkian Bibiheybət məscidini ziyarət edib - Fotolar
-
“Bu rəsmi səfərin çox gözəl siyasi nəticələri var” - Prezident
-
Həyətdə siqaret kötükləri tapdı, arvadını öldürmək istədi - 11 il həbsdə qalacaq...
-
“Şuşa əməliyyatının həyata keçirilməsində Köçəryan və Sarkisyan işitrak edib“ - Erməni general
-
Trampın oğlu super varlılar üçün klub açır - Təsisçilərin arasında Uitkoffun iki oğlu da var
-
Pezeşkian Bakının ən hündür nöqtəsində - Fotolar
-
Bakı-Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşəcək
-
Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
-
Azərbaycanda ata oğlunu zəncirlədi: səbəb dəhşətə gətirir - VİDEO
-
Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
-
“Tamstore”də qadın işçini döydülər - Videogörüntülər
-
ANAMA 10 ədəd otbiçən traktor alır - 528 min manata
-
İran Prezidenti Fəxri və Şəhidlər xiyabanlarında oldu - FOTO
-
Müştərini “Tarqovı“dan Nəsimiyə 700 manata apardı - Həbs edildi
-
Əliyevlə Pezeşkian Birgə Bəyanat imzaladılar - FOTOLAR
-
İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
-
Bakıda ofisant xanıma görə dava düşdü - Qısqanclığa görə...
-
“Talassemiya işi“ yekinlaşır - Prokurur cəza tələb etdi
-
Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb - Ölkələrin siyahısı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentlər Zuğulba iqamətgahında söhbət etdilər - VİDEO
-
Bakıda sahibkar qadınlar türk iş adamına görə dava etdi - İş məhkəməlik oldu
-
“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
-
Vilayət Eyvazov vətəndaşları dinlədi, problemlərin həlli üçün tapşırıq verdi - VİDEO
-
“Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk“ - Prezident
-
Putin qərar verdi - Üç günlük atəşkəs olacaq
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında - FOTO
-
İntihar edən iş adamının arvadı Somalidə qətlə yetirilibmiş - FOTO
-
Bina sakinləri liftə həsrət qalıb - VİDEO
-
Hərbçimiz yaşadığı mənzildə intihar edib - Rəsmi
-
Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir - VİDEO
-
İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü oldu - FOTO
-
ANAMA-nın əməkdaşı minaya düşdü - Qazaxda
-
“Türkiyədə 4 milyon 33 min miqrant var“ - Ərdoğan
-
“Rusiya Şimali Koreyaya hərbi yardım göstərməyə hazırdır“ - Kreml
-
Prezidentlərin məhdud tərkibdə görüşü oldu - FOTO
-
Bu yolda sürət həddi endirildi - Xəbərdarlıq
-
Əliyev Pezeşkianı qarşıladı - FOTOLAR
-
Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
-
“Yatanda da fikir çəkirik ki, sel aparacaq” - Video
-
ABŞ Yəmənə zərbə endirdi - 68 ölü
-
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu - RƏSMİ
-
İran Prezidenti Bakıya gəldi - Video
-
Beyləqanın Əliağa Vahid küçəsində asfaltlanma işləri başa çatdırıldı - Fotolar
-
Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
-
Məsud Pezeşkian AzTV-yə müsahibə verib - VİDEO
-
Qanqalın gizli təhlükəsi - Yol kənarından alıb yemək olarmı?
-
“İstanbuldakı zəlzələdə mindən çox bina zədələnib“ - Türkiyəli nazir
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
Xatirənin geyimi başına “bəla oldu“ - VİDEO
-
Bakıda külək attraksionu aşırıb - İçində uşaqlar olub
-
Ağstafada canavarlar kəndə hücum etdi: 40 heyvanı parçaladılar - VİDEO
-
“Titanik”dən sağ çıxanın məktubu hərracda satıldı - 400 min dollara
-
Bakıda apteklər şəbəkəsinin müdiri xanım işçini döymüşdü, bu dəfə özü döyülüb - ŞOK TƏFƏRRÜAT
-
Kreml ABŞ-la gizli danışıqları təsdiqlədi: “Mövqelərimiz üst-üstə düşür“
-
Dövlət, yoxsa özəl universitetləri seçək? - İLGİNC TƏHLİL
-
Narkotik gətirənlər sərhədçilərimizə atəş açdı - Biri zərərsizləşdirildi, üçü saxlanıldı
-
1 nəfərdə telefon aşkar edildi - Dövlət İmtahan Mərkəzi
-
Ölüm gətirən qaz sobaları - Bu səhvləri etməyin
-
Nazirin “Gucci“ çantasının oğurlayan şəxs saxlanıldı - Çoxsaylı həbslər olacaq
-
13 yaşlı qızın ərə verilməsi başqa cinayətlə üzə çıxdı - TƏFƏRRÜAT
-
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Babək və Şahbuzda hərbi sursatlar aşkar edilib - VİDEO
-
Marketlərdə köhnə yumurta satılır - Necə ayırd edək?
-
Taksi sürücüsünün evində gizlətdiyi qızlar sığınacağa yerləşdirildi
-
“28 Mall“a giriş bağlandı - SƏBƏB
-
Leyla Əliyeva Nepal Prezidenti ilə görüşdü - FOTO
-
Bəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb - FAKTİKİ HAVA
-
Prezidentə bəhs edilən gənc o imiş... - VİDEO
-
“5 evim var, hər birini öz əziyyətimlə almışam“ - Ülviyyə Namazova
-
Süni intellekt hansı problemlərə səbəb ola bilər? - Araşdırma
-
Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib - “Biz vəziyyəti gərginləşdirmək istəmirik”
-
Culian Assanj üzə çıxdı və ilk dəfə görüntüləndi - FOTOLAR
-
“Terrorçuların fəaliyyət imkanları bitmə nöqtəsinə çatıb“ - Türkiyənin müdafiə naziri
-
Məclislərdə zəhərlənmədən necə sığortalanmalı? - Araşdırma
-
Xumarın dillər əzbəri olacaq “Eşq naməsi” - Video
-
Bütün rayon xəstəxanaları zərdabla təmin olunub? - Rəsmi açıqlama
-
İranda güclü partlayış - 14 ölü, 750 yaralı, 6 itkin...
-
Rus generalın qətlində şübhəli bilinən şəxs saxlanıldı - Türkiyədə
-
Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - VİDEO
-
Bakıda itkin düşmüş qızlar tapıldı - Taksi sürücüsü gizlədibmiş
-
“Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil“ - Trampdan ehtimal
TOP 10
ARXİV