“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Qanqalın gizli təhlükəsi - Yol kənarından alıb yemək olarmı?

Tarix 27.04.25, 20:05

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar mövsümi səbəblərlə əlaqədar olaraq, magistral yolların kənarlarında qanqal bitkisinin gövdəsini toplayıb satan insanların sayı nəzərəçarpacaq dərəcədə artıb.

Yeniavaz.com xəbər verir ki, eyni zamanda sürücülərin də avtomobillərini yol kənarında saxlayaraq bu bitkinin gövdəsini təmizləyib yerindəcə yediyi müşahidə olunur.

Qeyd edək ki, qanqal bitkisinin bəzi növləri uzun illərdir xalq təbabətində istifadə olunur. Onun tərkibində orqanizm üçün faydalı hesab edilən antioksidantlar, liflər və bəzi vitaminlər mövcuddur. Mütəxəssislər bildirirlər ki, qanqal gövdəsinin bəzi növləri həzm sisteminə kömək edə, immuniteti gücləndirə bilər.

Lakin bununla yanaşı, təhlükəli məqamlar da var. Əvvəla, yol kənarında toplanmış bitkilər nəqliyyat vasitələrinin buraxdığı zərərli qazları və tozları öz üzərində toplayır. Belə şəraitdə yığılan qanqal gövdəsinin qabığını soyaraq çiy halda yemək, müxtəlif infeksiyalara və toksiki maddələrin orqanizmə keçməsinə səbəb ola bilər. Üstəlik, bəzi qanqal növləri acılıq verən maddələr və ya allergiya yarada biləcək komponentlər daşıyır.
Mütəxəssislər xəbərdarlıq edir ki, yol kənarında yığılan hər hansı bitkinin, xüsusilə də tanımadığınız növlərin çiy halda yeyilməsi sağlamlıq üçün risk daşıyır. Bitkilər düzgün şəraitdə toplanmalı, yaxşıca yuyulmalı və mümkün olduqda bişirilməlidir.

Qanqal bitkisinin gövdəsi müəyyən şərtlərlə faydalı ola bilər, lakin yol kənarında çiy şəkildə və gigiyenik qaydalara əməl edilmədən yeyilməsi sağlamlıq üçün təhlükəlidir.



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap