“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Təbiətə 165 minlik ziyan vurdular - Bir həftədə

Tarix 19.09.25, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Yevlax, Xaçmaz və Neftçala rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu haqda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, araşdırma zamanı Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində, Nəsimi rayonu 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 722 ünvanında, Yevlax rayonu Hürüuşağı kəndi, Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazilərində, eyni zamanda Baş Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 165 260 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.



Xəbərin oxunma sayı : 280




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap