“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Lerikdə 149 min manatlıq abadlıq - Qalib şirkət kimindir?

Tarix 18.09.25, 18:33

Font ölçüsü : - / +
bitmap-img6


Lerik Rayon İcra Hakimiyyəti "Vedibasar İnşaat” MMC ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət Lerik şəhərində, Piran, Hamarmeşə, Siyov və Hamarat kəndlərində, parklarda, küçə və səkilərdə abadlıq işlərinin görülməsi ilə bağlı icra hakimiyyətinin keçiridiyi tenderin qalibi seçilib. Abadlıq işlərinə görə "Vedibasar İnşaat”a 149 985,25 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Vedibasar İnşaat" MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı Samux rayonu, Seyidlər kəndində yerləşən şirkətin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur. Orxan Əlizadədən əvvəl şirkətə Allahverdiyev Elxan Camal oğlu rəhbərlik edib. 

Açıq mənbələrdə nə Orxan Əlizadə, nə də Elxan Allahverdiyev haqqında məlumat var. "Vedibasar İnşaat” MMC barəsində hər hansı məlumata rast gəlinmir.

Şirkət bundan əvvəl Şabran Şəhər İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Şabran şəhərində bir sıra işlərin görülməsi” ilə bağlı keçirdiyi tenderin qalibi olub.



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap