“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qazax səhiyyəsi son 8 ildə: həkim və tibb işçiləri, xəstəxanada yerlər azalıb

Tarix 20.09.25, 11:37

Font ölçüsü : - / +
bitmap-img6


Qazax rayonunda səhiyyə sahəsi ilə bağlı göstəriciləri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin edildiyi 2016-cı il ilə müqayisədə təhlil edilib.

Bu barədə AzFakt.com Yurd.Media-ya istinadən xəbər verir. 

Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən Qazax rayonunda 2016-cı ildə 260 həkim fəaliyyət göstərirdisə, 2024-cü ilin sonunda bunun 221-ə qədər azalması müşahidə olunub.

Müqayisə üçün qeyd edək ki, ölkə üzrə həkimlərin sayı 2016-cı ildəki 32 500 nəfərdən 8 il ərzində 33 600 nəfərə artıb.

Əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayında da Qazax rayonunda azalma var - 27.1 nəfərdən 22.9 nəfərədək.

Rayonda orta tibb işçilərinin sayı isə 67 nəfər azalıb və nəticədə əhalinin hər 10 000 nəfərinə düşən orta tibb işçilərinin sayı 68.3-dən düşüb 60.8-ə.

Bütün ölkə üzrə bu sahədə də artım qeydə alınıb – 2016-cı ildə 54 900 orta tibb işçisi vardısa 2024-cü ildə 55 600 nəfər olub.

Qazax rayonunda Rəcəb Babaşovun fəaliyyət göstərdiyi illər ərzində xəstəxana çarpayılarının sayında 25 % azalma olub ki, bu da əhalinin hər 10 000 nəfərinə düşən xəstəxana çarpayılarının sayının 38-dən 28.3-ə düşməsinə səbəb olub.

Açıklama yok.





Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap