“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı

Tarix 18.09.25, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


Adı plastik cərrah kimi işləməyə icazəsi olan həkimlərin siyahısına daxil edilməyən tanınmış həkim Dilqəm Məhərrəmov yeni yola əl atıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, D.Məhərrəmov Azərbaycan Tibb Universitetində əcnəbi vətəndaşlar üçün keçirilən rezidentura pilləsinə qəbul imtahanında iştirak edib. Müxtəlif ixtisaslar üzrə sənəd təqdim edən 41 namizəd arasında onun da olması marağa səbəb olub. D.Məhərrəmov və digərləri yalnız Azərbaycan dili imtahanında iştirak ediblər və daha sonra müsabiqəyə buraxılıblar.

Onun əcnəbi ölkə vətəndaşı olmasına dair məlumat indiyədək ictimailəşməmişdi. D.Məhərrəmovun hansı ölkənin vətəndaşı kimi imtahana qatılması isə bilinmir.

O da iddia edilib ki, Azərbaycan Beynəlxalq Universitetində təhsil almış D.Məhərrəmovun, ümumiyyətlə, plastik cərrah kimi təhsili yoxdur.

Açıklama yok.

Qeyd edək ki, ötən ilin oktyabrından başlayan plastik cərrah qalmaqalında ən çox adı çəkilən həkimlərdən biri də Dilqəm Məhərrəmovdur. “Baku Medical Plaza”da bir çox məşhur şəxsləri əməliyyat etmiş D.Məhərrəmovun daha sonra plastik cərrah kimi fəaliyyətinə qadağa qoyulmuşdu. Belə ki, Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayarkən onun adı olmayıb. Həmin vaxt D.Məhərrəmov açıqlama verərək qərarın onu təəccübləndirdiyini və adının yaxın vaxtlarda siyahıya əlavə ediləcəyini deyib. Lakin xeyli müddət keçsə də, bu baş verməyib.

Bu arada əlavə edək ki, ATU-ya Azərbaycan vətəndaşları üçün rezidenturaya qəbul imtahanları ən çətin imtahanlardan biri sayılır. Əcnəbi vətəndaşlar isə yalnız dil biliyi yoxlanılmaqla müsabiqəyə buraxılırlar. İmtahan nəticələrinin yaxın günlərdə elan ediləcəyi bildirilir.

Onu da qeyd edək ki, D. Məhərrəmovun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrahdır və sözügedən siyahıda adı yoxdur. 





Xəbərin oxunma sayı : 259




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap