“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“O qanuna bir bəndin daxil edilməsi zəhmətdir?” - Şəhid xanımından təklif

Tarix 19.09.25, 19:33

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəmanlarımızı dərin ehtiramla yad edirik. Anım günündə uzun müddətdir bizi narahat edən və şəhid ailələri üçün önəmli olan bir problemin həlli barəsində yazmaq istəyirəm”.

Bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova sosial şəbəkə hesabında yazıb:

“Qardaş ölkə Türkiyədə dünən şəhid ailələri üçün əlamətdar bir gün idi. Ailə və Sosial Xidmətlər Nazirliyi 630 nəfər şəhid ailə üzvlərinin dövlət qulluğuna təhsilinə uyğun olaraq növbəti, müsabiqədənkənar işlə təmini prosesinin nəticələrini açıqladı.

Dövlət başçısı və nazirin iştirakı ilə keçirilən tədbirdə şəhid övladları, xanımları, yaxınları dövlət qulluğunda imtahansız işlə təmin hüququndan yararlandılar”.

S.Orucova qeyd edib ki, bu günə qədər Türkiyədə 52000 şəhid ailə üzvü bu hüquqdan yararlanıb:

“Bizim dövlətimizdə də şəhid ailələrinə sosial dəstək proqramları davamlı formada reallaşdırılır”.

Şəhid xanımı qeyd edib ki, bir təhsilli şəhid övladına ən böyük dəstək onun ali təhsilini bitirdikdən sonra özünü, ailəsini və gələcəyini təmin edəcək səviyyədə işlə təmin olunmasıdır:

“Təəssüf ki, dəfələrlə yüksək aidiyyəti qurumlara müraciətimizə baxmayaraq qanunvericilikdə belə bir üstünlüyün olmadığını əsas gətirərək rədd cavabı veriblər.

Məgər “Dövlət qulluğu haqqında” Qanuna belə bir bəndin daxil edilməsi çoxmu zəhmət verir? Bu övladlar 23 yaşına çatan kimi atalarının təqaüdündən məhrum olurlar. Atasız, gənc bir övladın bizim cəmiyyətimizdə gələcəyini qurması üçün hansı dəstəyi göstəririk? Niyə biz tək-tək CV-ləri aidiyyəti qurumlara göndərib dəfələrlə xahiş etməliyik ki? Bu hüquq qanunvericilikdə norma halını alsa, o övladların da gələcəyi təmin olunar. Bu ölkədə ən böyük haqq sahibi şəhid övladlarıdır. Onlara dayanıqlı, etibarlı, layiqli gələcək bəxş edək.

Ümid edirəm ki, aidiyyəti qurumlar Türkiyənin bu dayanıqlı təcrübəsindən yararlanaraq bizə dəstək göstərəcəklər. Artıq övladlarımız ali təhsil alır, təhsillərini başa vurub normal iş axtarırlar”.






Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap