“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kamran Əliyev əməliyyat müşavirəsi keçirdi - Naxçıvanda

Tarix 19.09.25, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi sentyabrın 18-də Baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib.

AzFakt.com xəbər verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş prokurorun rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan hərbi, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqların əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Müşavirə iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Daha sonra müşavirə iştirakçıları tərəfindən Ulu öndərin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Müşavirədə giriş nitqi ilə çıxış edən Baş prokuror Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması, birliyimizin, həmrəyliyimizin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bariz nümunəsi olduğunu bildirərək, Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın da yaxından iştirakilə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.

Bundan sonra Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə yol verilmiş nöqsanlar müzakirə edilib.

Müşavirədə, həmçinin Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanlarında görülən işlər barədə çıxış edərək, Baş prokurorluğun muxtar respublika prokurorluğuna daima diqqət və qayğısı, eləcə də digər-hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət  barədə ətraflı məruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Daha sonra Baş Prokuror Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Hərbi Prokurorluğunun bir qrup əməkdaşını xidmətdə fərqləndiklərinə görə prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ərəfəsində təltif edib.

Sonda xatirə fotoşəkili çəkilib.






Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap