Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Nazirliyin qrant ayırdığı bağçalar qiymətləri artırdı - Aylığı 550 manat

Tarix 25.11.25, 17:41

Font ölçüsü : - / +
bitmap-img6


2025-2026 tədris ili üzrə 63 özəl məktəbəqədər təhsil müəssisəsinə (bağça) Elm və Təhsil Nazirliyi tərəfindən qrant ayrılacaq. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub. Bu addım bir növ valideynlərə yardım məqsədi daşıyır və dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsinə dövlət dəstəyidir.

Milli.Az-a müraciət edən valideyn isə bildirib ki, Elm və Təhsil Nazirliyinin bu addımı effektiv olmayıb:

"Qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl bağçaların bəziləri dövlətin bu addımından istifadə edərək bağçaların qiymətlərini artırıblar. Belə 1 ay əvvəl aylıq ödəniş 250-300 manata qəbul aparan özəl bağçalar qiyməti indi 550 manata yüksəldib. Belə olan halda isə nəticə dəyişmir. İndi dövlət 550-nin 250 manatını ödəyəcək, mən yenə də 300 manat ödəmiş olacam. Həmin bağça da bir növ ayrılan qrantı mənimsəmiş olur".

Qrant müsabiqəsini qazandıqdan sonra qiyməti qaldıran bağçalar sırasına 

"Barama", "Maya", "İndigo", "Blue kids" uşaq bağçalarını aid etmək olar.

Milli.Az-ın apardığı araşdırmaya əsasən hazırda bu bağçalarda bir uşağın tam günlük (09.00-18.00) qəbulu üçün 450-550 manat tələb olunur. Bu ödənişin 200-250 manat hissəsini isə dövlət ödəyəcək, yerdə qalan 250-350 manatlıq hissəsini isə valideyn özü ödəməlidir.

Digər tərəfdən isə belə bir sual ortaya çıxır ki, əgər sözügedən bağçaların aylıq qiymətləri bu qədər yüksəkdirsə, Elm və Təhsil Nazirliyi niyə bu bağçalara qrant ayırır? Daha aşağı qiymətə olan bağçalara qrant ayrılması həm vətəndaşa, həm də dövlətə sərfəli olmazmı?

Qrant müsabiqəsində seçilmiş 63 bağçanın siyahısını sizə təqdim edirik. Oxşar problemlər üzləşən valideynlər bizə müraciət edə bilərlər.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap