Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Direktor bəraət alaraq azadlığa çıxdı - Evi özünə qaytarıldı

Tarix 25.11.25, 18:59

Font ölçüsü : - / +
bitmap-img6


Külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il həbsə məhkum edilən “Zövq” MMC-nin direktoru Rza Əhmədov azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun şikayətinə baxıb.

Prosesin yekununda R.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilərək ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bununla yanaşı, biznesmenin 4 otaqlı mənzilinin üzərinə qoyulmuş həbs və xüsusi müsadirənin təmin edilməsi üzrə görülmüş tədbirlər ləğv olunub və həmin əmlak həbsdən azad edilib.

Qeyd edək ki, bir neçə il əvvəl Dövlət Sərhəd Xidməti (DSX) R.Əhmədov barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Həmin vaxt bildirilmişdi ki, 342 min manatlıq tenderin qalibi olmuş “Zövq” MMC-nin direktoru Rza Əhmədov üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Belə ki, Rza Əhmədovla DSX arasında 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalanıb. Həmin geyimlər tikilsə də, DSX yararsız olduqlarını əsas gətirərək qəbul etməyib.



Xəbərin oxunma sayı : 289




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap