Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Türk PUA-ları Afrikada – 16 ölkə “TB2“, “ANKA“ və “Aksunqur“ istifadə edir

Tarix 24.11.25, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Afrikaya ixrac etdiyi pilotsuz uçuş aparatları qitədə təhlükəsizlik əməkdaşlığını gücləndirərək, terrorla mübarizə əməliyyatlarında mühüm rol oynamağa davam edir. 

Hazırda Türkiyə dünya PUA bazarının təxminən 47%-nə sahibdir. Afrikada isə Mali, Mərakeş, Efiopiya, Nigeriya, Liviya, Burkina-Faso, Toqo, Niger, Cibuti, Somali, Ruanda, Keniya, Anqola, Tunis və Çad daxil olmaqla 16 ölkə Türk istehsalı PUA - lardan fəal şəkildə yararlanır.

Qitədə əsasən "Bayraktar TB2" ön planda olsa da, "ANKA" və Aksunqur modelləri də geniş şəkildə əməliyyatlara cəlb olunur. Bu PUA-lar kəşfiyyat, müşahidə və yüksək dəqiqlikli zərbə imkanları ilə Afrika orduları üçün kritik üstünlüklər yaradır.

Bir sıra mərkəzi hökumətlər separatçı və terrorçu qruplara qarşı əməliyyatları məhz Türk PUA-ları ilə həyata keçirir. Eyni zamanda bu hava vasitələri dövlətlərin hərbi gücünü nümayiş etdirmək baxımından da istifadə olunur.

Mütəxəssislər qeyd edir ki, Afrika ölkələrinin Türkiyə istehsalına üstünlük verməsinin əsas səbəbi PUA-ların etibarlılığı, döyüş şəraitində yüksək effektivliyi və münasib qiymət aralığıdır.



Xəbərin oxunma sayı : 364




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap