Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Bu hərəkətimə görə peşman deyiləm” - Samirə Əfəndi (VİDEO)

Tarix 25.11.25, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması müzakirələrə səbəb olub.

AzFakt.com xəbər verir ki, Samirə Əfəndi birmənalı qarşılanmayan bu davranışına prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində aydınlıq gətirib.

“Bir qazi qızı, general nəvəsi və bu ölkənin vətəndaşı olduğum üçün düşünürəm ki, gələcək biz gənclərin əlindədir. Sözsüz ki, biz tarixi unutmarıq və unutdurmarıq. Prezidentimizin qurduğu sülh siyasətinin dalınca getməyə çalışıram. Mənə elə gəlir ki, ölkədən kənara çıxan və göz önündə olan hər kəs sülhə doğru kiçik körpülər qurmalıdır.

Mən həmin iştirakçını finala qədər çox kəsmişəm. Elə olub ki, hər kəs 12 bal verib, amma mən 10 bal vermişəm. Söhbət musiqidən, təhsildən gedirsə, həmin iştirakçı həqiqətən çox gözəl ifa edirdi. Ona 12 bal verməyim hamını çox heyrətləndirdi. Mən bu hərəkətimə görə peşman deyiləm. Çünki dəfələrlə onun haqqına girdim. Amma finalda onun layiq olduğu xalı verdim. Mən musiqiçi kimi baxıram, siyasətçi deyiləm ki, düşmənlik edim. Mən ora düşmənlik etməyə yox, ölkəmi təmsil etməyə getmişəm”, - ifaçı bildirib.

Qeyd edək ki, müsabiqənin final mərhələsində Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək - 12 bal verib.

Daha ətraflı videoda:





Xəbərin oxunma sayı : 322




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap