Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Qarabağ”da çox sayda keyfiyyətli legioner var” - Konte

Tarix 24.11.25, 18:01

Font ölçüsü : - / +
bitmap-img6


“Napoli” UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

AzFakt.com xəbər verir ki, İtaliya çempionunun baş məşqçisi Antonio Konte matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 

56 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinə qarşı diqqətli olmağın vacibliyini bildirib:

“Biz qarşılaşmaya lazımi enerji ilə gəlirik. Çünki şənbə günü “Atalanta” ilə oyunda qələbə qazandıq. Qiymətləndirmələr apardıqdan sonra heyətlə bağlı qərar verəcəm. Nəzarət edə bildiyim dəyərləndirmələr var. Bir də nəzarət edə bilmədiklərim, məsələn, zədələr. Amma döyüşməyə hazırıq. Sabah Maradonanın vəfatının ildönümüdür. Onun Neapol üçün nə ifadə etdiyini hamımız bilirik. Qələbəni ona həsr etmək gözəl olardı. “Qarabağ”ın 7 xalı var. Onlar “Çelsi”ni də məğlub etmək üzrə idilər. Komandada çox sayda keyfiyyətli legionerlər var. “Qarabağ”a qarşı diqqətli olmalıyıq. Hər bir baxımdan böyük oyun sərgiləmək lazım olacaq”.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” qarşılaşması sabah Bakı vaxtı ilə 00:00-da start götürəcək.



Xəbərin oxunma sayı : 151




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap