Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Sənətçilərdən nazirliyinin əməkdaşı barədə açıq müraciət: “Məsuliyyət onun üzərindədir...”

Tarix 24.11.25, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


Bir qrup tanınmış sənət adamı - Almaxanım Əhmədli, Təranə Mahmudova, Şəhriyar Musayev və Nura (Aynurə) Suri – Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı ictimaiyyətə açıq müraciət ünvanlayıblar.

AzFakt.com xəbər verir ki, müraciət müəlliflərinin iddiasına görə, onlar tərəfindən səsləndirilmiş açıqlamalardan sonra "potensial risklərlə bağlı" narahatlıq yaranıb və baş verə biləcək istənilən neqativ hal üçün məsuliyyətin həmin şəxs üzərinə düşdüyü bildirilir.

Müraciətdə deyilir: “Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı  tərəfimizdən səsləndirilmiş açıqlamalardan sonra bizim səhnə fəaliyyətimizdə, şəxsi həyatımızda və digər sahələrdə baş verə biləcək hər hansı neqativ və ya zərər verə biləcək hadisəyə görə bütün məsuliyyətin Mənzər Nurəliyevanın üzərinə düşdüyünü ictimaiyyətə bildiririk".

Sənət adamları həmçinin qeyd ediblər ki, həmin şəxsin “müxtəlif qurumlarla geniş əlaqələrinin olması” onların ailə üzvlərində narahatlıq yaradıb. Müraciətin məqsədi bu narahatlığın rəsmi şəkildə qeydə alınması və “mümkün risklərin əvvəlcədən elan olunması” kimi təqdim edilir.

Mədəniyyət Nazirliyi və Mənzər Nurəliyevanın özü hələlik müraciətdə səsləndirilən iddialara münasibət bildirməyib.



Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap