Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Qarabağ“ın qapıçısı Serbiya klubunda? - Rəsmi açıqlama

Tarix 25.02.25, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ" qapıçısı Sadiq Məmmədzadənin Serbiyanın İMT klubuna mümkün keçidinə münasibət bildirib.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Report"a açıqlamasında 18 yaşlı qolkiperin sözügedən komandada bir həftə baxışda olduğunu söyləyib.

Klub rəsmisi gənc oyunçunun gələcək taleyi ilə bağlı danışıb:

"Sadiq Məmmədzadə hazırda "Qarabağ"ın futbolçusudur. O, bir həftə sözügedən klubda baxışda olub. Bildiyimiz qədər bəyənilib. Sadəcə, indiki məqamda keçid reallaşmayıb. Bu məsələ yay transfer dönəmində gerçəkləşə bilər".

Qeyd edək ki, "Səbail"in yetirməsi olan Sadiq Məmmədzadə ötən yay "Qarabağ"a keçib. İMT 16 komandanın çıxış etdiyi Serbiya Superliqasında 24 turdan sonra 26 xalla 14-cü pillədə qərarlaşıb.



Xəbərin oxunma sayı : 1459




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap