Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Aksiz və əlavə dəyər vergisi siyasətində DƏYİŞİKLİK

Tarix 16.10.25, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək.

AzFakt.com-un xəbərinə görə, bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən 2026-2029-cu illərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması, o cümlədən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin vergi yükünün optimallaşdırılması, nağdsız ödənişlərin stimullaşdırılması, kənd təsərrüfatı istehsalçılarına dəstəyin artırılması, vergi güzəştlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklərin aparılması nəzərdə tutulub.

Balıqçılıq sahəsində dəstək mexanizmləri tətbiq ediləcək

Sənəddə həmçinin, əlverişli investisiya mühitinin yaradılması, xüsusilə balıqçılıq sahəsində dəstək mexanizmlərinin tətbiqi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli istehsalın stimullaşdırılması, eləcə də daxildə istehsal olunan avtomobillərin satışına və onların idxalına dair vergi güzəştlərinin təkmilləşdirilməsi tədbirləri görüləcək.

Azad edilmiş ərazilərdə fəaliyyət göstərən subyektlərin rezidentlik statusu tənzimlənəcək

Eyni zamanda vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi, bu çərçivədə iqtisadi fəaliyyət sahələri üzrə təmir və amortizasiya xərclərinin uçotu mexanizminin təkmilləşdirilməsi, güzəşt mexanizmlərinin optimallaşdırılması, eləcədə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təsərrüfat subyektlərinin rezidentlik statusunun tənzimlənməsi və müvafiq güzəştlərdən yararlanmasının təmin olunması tədbirləri görüləcək.



Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap