Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Həmin matçdan 30 il keçib...“ - Arif Əsədov “10:0 oyunu“ haqda

Tarix 08.10.25, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa yığması ilə səfər matçının ilk dəqiqələrində diqqətli olmalıdır.

Bu barədə "Report"a yığmanın sabiq məşqçisi Arif Əsədov açıqlama verib.

55 yaşlı mütəxəssis komandaya və baş məşqçi Ayxan Abbasova qarşıdakı iki matçda uğurlar arzulayıb:

"Millimiz iki çətin matça çıxacaq. İlk oyunumuz Fransa kollektivinə qarşı olacaq. Burada gözləntilər nədir? Əsas odur ki, rəqibdən çəkinməyək. Futbolçularımızdan əzmkarlıq, ruh yüksəkliyi və yaxşı oyun gözləyirik".

A.Əsədov Fransanın həmin görüşdə aşkar favorit olduğunu söyləyib:

"Bu, hamıya bəllidir. Vacib olan odur ki, rəqibdən çəkinməyəcək. Xüsusən ilk dəqiqələrdə daha diqqətli olmalıyıq. Təbii ki, qələbə gözləmək düzgün olmaz. Komandanın yaxşı oyun nümayiş etdirməsi vacibdir".

1995-ci ildə Fransa - Azərbaycan (10:0) matçında iştirak etmiş veteran futbolçu həmin görüş barədə çox fikir bildirmək istəməyib:

"Həmin matçdan 30 il keçib. Futbol dəyişir, zamanla hər şey yenilənir. İndi həmin qarşılaşmanı xatırlamayaq. Pozitiv düşünək ki, millimiz uğurlu oyun göstərib bizi sevindirsin".

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.



Xəbərin oxunma sayı : 1072




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap