Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Arayik Arutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib“ - Prokuror

Tarix 06.11.25, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir.

AzFakt.com xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və sübutların təqsirləndirilən şəxs Arutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə bağlı olan hissəsini diqqətə çatdırıb. Bildirilib ki, təqsirləndirilən Arayik Arutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 20 sentyabr 2023-cü ilədək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib.

Diqqətə çatdırılıb ki, tədqiq edilmiş materiallardan birinə əsasən, Arayik Arutyunyanın 1990-cı illərdə Azərbaycana qarşı törədilən cinayətlərdə qardaşı ilə birlikdə iştirak etdiyi, habelə Kərkicahan qəsəbəsində, Xocalıda gedən döyüşlərə qatılması təsdiqini tapıb.

Qeyd edilənlər onun sıravi iştirakçı olmadığını, düşmən ordusunun döyüş qabiliyyətinin təmin edilməsində, silahlı dəstələrin fasiləsiz təchizatında və onların qanunsuz silahlı əməliyyatlar aparmaq imkanlarının saxlanılmasında birbaşa rol oynadığını sübut edir.

Qeyd olunub ki, məhkəmədə tədqiq etdilmiş videomaterial təqsirləndirilən şəxsin təkcə Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərə səfər etmədiyini, həm də döyüş mövqelərinin yoxlanılması, oradakı qüvvələrin potensialının öyrənilməsi və hərbi əməliyyatların davamlılığının təmin olunmasına yönələn fəaliyyətlərdə bilavasitə iştirak etdiyini sübuta yetirir. Bu isə onun Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı aparılan silahlı təcavüzün informasiya, təşkilati və kadr təminatı istiqamətində mühüm rol oynadığını bir daha təsdiqləyir. Bildirilib ki, o, Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı çoxsaylı cinayətlərin, terror aktlarının törədilməsində iştirak etməklə yanaşı, qeyd edilən əməllərini sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaqdan da çəkinməyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.



Xəbərin oxunma sayı : 184




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap