“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İsgəndər Xəlilov və ailəsi Azəraycana gəlib - Nə baş verir? + FOTO

Tarix 26.07.25, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiyanın neft məhsullarını daşıyan “Railgo” şirkətində axtarışların aparılması barədə məlumat doğrudur”.

AzFakt.com xəbər verir ki, bu barədə axar.az-a insidentlə bağlı ətraflı məlumatı olan mənbə bildirib.

Onun sözlərinə görə, ISR Holding”in sahibi, milyader İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun adına olan “Railgo”nun Lujniki ərazisindəki ofisinə xüsusi təyinatlılar və müstəntiqlər basqın ediblər, sənədlər müsadirə olunub və işçilərə təzyiq göstərilib.

Buna baxmayaraq, İsgəndər Xəlilov şəxsi əlaqələrindən istifadə edərək problemin müvəqqəti həllinə nail olub.

Mənbə bildirib ki, Xəlilovlar buna görə məlumatı təkzib etməyi məqsədəuyğun sayırlar.

Həmçinin vurğulanıb ki, İsgəndər Xəlilov və ailə üzvləri hazırda Azərbaycandadırlar, yalnız ailənin kiçiyi Rauf Xəlilov Moskvada qalıb.

Qeyd edək ki, “Mash” teleqram kanalı “Railgo” şirkətinə basqın edildiyi haqda məlumat yaymışdı. Rəhman Xəlilov isə mediaya açıqlamasında bunu təkzib etmişdi.

Ancaq hadisənin şhidi olan mənbələr bildirirdi ki, səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.

Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.


Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.

Rəhman Xəlilov 1977-ci ildə Bakıda anadan olub. Rəhman Xəlilov iş adamı və xeyriyyəçidir. 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı olub.

Bu hadisə Rusiya-Azərbaycan iqtisadi münasibətləri fonunda diqqət çəkir. Rusiya ərazisində fəaliyyət göstərən azərbaycanlı iş adamlarrının və onların ailə üzvlərinin hədəf alınması tendensiyası xüsusilə son dövrlərdə intensivləşməkdədir. “Railgo” şirkətinə yönəlik bu əməliyyatın motivləri hələlik açıqlanmasa da, ekspertlər bunu həm daxili klanlararası mübarizə, həm də xarici iqtisadi təzyiq aləti kimi qiymətləndirirlər.

Məlumat üçün qeyd edək ki, İsgəndər Xəlilov keçmişdə Rusiya siyasi dairələri ilə yaxınlığı ilə tanınan, həmçinin Azərbaycan mənşəli oliqarxlar arasında mühüm fiqurlardan biri olub. 



Xəbərin oxunma sayı : 268




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap