“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Xanlar Vəliyevin yerinə o gələ bilər - ADLAR

Tarix 09.04.25, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev vəzifədən gedib. Yeni Hərbi prokurorun kim olacağı rəsmi olaraq bəlli olmasa da, müəyyən təxminlər irəli sürmək mümkündür.

Hərbi prokuror vəzifəsinə gəlməsi ehtimal edilən şəxslərdən biri İlqar Qılıcovdur. 1966-cı ildə Tovuz rayonunda anadan olan İlqar Qılıcov Ali Məhkəmənin hakimidir. O, Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Bu posta real namizədlərdən biri Hərbi prokurorun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovdur. 1972-ci il təvəllüdlü olan İmranov müavin olana qədər Prokurorluq orqanlarında müxtəlif rəhbər vəzifələrdə də çalışıb.

Baş prokurorun birinci müavini, Lənkəran rayon prokuroru olmuş Elçin Məmmədov də Hərbi prokuror vəzifəsinə namizədlərdən biri sayıla bilər. O, 1971-ci ildə anadan olub, 1993-cü ildən Prokurorluq orqanlarında çalışıb.

Şəki və Mingəçevir prokuroru vəzifələrində çalışmış, hazırda Baş prokurorun mavini olan Elmar Camalov da sözügedən posta namizədlərdəndir. 1969-cu il təvəllüdlü Camalov 5 ildir ki, müavin vəzifəsində çalışır. (Ajans.az)



Xəbərin oxunma sayı : 919




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap