“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Günəbaxan yağı bahalaşır - Qiymətlər rekord vurdu

Tarix 17.04.25, 22:07

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin mart ayında günəbaxan yağının Avropa bazarında 1 tonunun qiyməti əvvəlki ayla müqayisədə 0.7% artaraq 1220 ABŞ dollarından 1228 ABŞ dollarına yüksəlib.

Bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin dərc etdiyi yeni konyunktur hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, son bir il ərzində günəbaxan yağı bazarında qiymət dinamikası qeyri-müəyyən olub. 2024-cü ilin mart ayında 951 ABŞ dolları olan qiymət noyabrda pik həddə - 1267 dollaradək yüksəlib. Bu artımdan sonra isə qiymətlər nisbətən stabilləşərək 1200-1230 ABŞ dolları arasında dəyişib.

2022-2025-ci illər üzrə müqayisəli təhlillər göstərir ki, 2022-ci ildə günəbaxan yağının qiyməti 1651 ABŞ dolları ilə ən yüksək səviyyədə olub. 2023-cü ildə bu göstərici 1007 dollaradək enib. 2024-cü ilin ikinci yarısından başlayaraq qiymətlərdə tədricən artım müşahidə olunub. 2025-ci ilin birinci rübündə isə qiymət 1218 dollar səviyyəsində qərarlaşıb.

Bazar müşahidəçiləri bu qiymət artımını həm tədarük zəncirindəki qlobal dəyişikliklər, həm də regional istehsal və ixracat faktorları ilə əlaqələndirirlər. Bununla belə, tendensiyanın sabit və davamlı olub-olmayacağı növbəti ayların statistikası ilə aydınlaşacaq. (Bakıvaxtı.az)



Xəbərin oxunma sayı : 721




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap