“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bacısının başına yumuruq vurdu - Elektron qolbaqda gəzəcək

Tarix 16.04.25, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bacısının başına yumuruqla vuran şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1994-cü il təvəllüdlü Afər F. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilib.

Afər hadisə baş verən gün evinə içkili gəldiyi üçün ailəsində mübahisə baş verib. O, içkili olduğundan anası E.F. və bacısı C.F. ilə mübahisəsi davaya çevirilib. Təqsirləndirilən şəxs əsəbləşərək bacısının başına yumuruqla zərbələr endirib. Nəticədə qadına sağ təpə nahiyyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət edilən hematoması diaqnozu qoyulub. Hadisə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində evlərin birində baş verib. 

Afər ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, günahını etiraf edib. Hadisəni isə anası və bacısının onun spirtli içki qəbul etdiyi üçün evə gəldikdə kobud rəftar etmələri və onu saymadıqları üçün törətdiyini deyib.

Məhkəmədə E.F. və C.F. təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər. 

Məhkəmənin qərarı ilə Afər 6 ay müddətə azadlığın məhdudlaşdırılması təyin edilsin. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 



Xəbərin oxunma sayı : 715




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap