“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Banklar POS-terminallara görə ildə bu qədər qazanır - MƏBLƏĞ

Tarix 16.04.25, 11:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə də marağın yüksəlməsi də müşahidə olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir. Bununla yanaşı, sahibkarlar üçün ciddi məsələlərdən biri də plastik kartlardan istifadə zamanı banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsidir. POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir. Eyni zamanda, əksər hallarda həmin xərclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Banklarda nağdsız ödəniş məbləğinin 1,4-1,8 % həcmində komissiya haqlarının müəyyənləşdirildiyini nəzərə alsaq, bu zaman bu xərcin nə qədər böyük olmasını təsəvvür etmək çətin olmaz.

AzFakt.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Deputat xatırladıb ki, 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 62.2 milyard manat olub: “Əvvəlki ilə nisbətən 2024-cü ildə dövriyyə real ifadə 3.9 faiz artıb. İl ərzində nağdsız pərakəndə ticarət dövriyyəsi isə 24.5 milyard manata çatıb. Bu o deməkdir ki, komissiya haqlarının orta hesabla 1.5 faiz olduğunu nəzərə alsaq, banklar sadəcə POS-terminallara xidmətə görə il ərzində 368 milyon manat qazanırlar. Bu böyük məbləğ olmaqla yanaşı, biznesin xərclərini artırır, qiymətlərə təsirsiz ötüşmür, mikro və kiçik sahibkarlara verilən sifarişləri bahalaşdırır. Nəticədə, yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımdan da arzuolunan deyil. Eyni zamanda, yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır. Bu isə o deməkdir ki, bankların POS-terminallardan istifadə üzrə xərclərin optimallaşdırılmasına ehtiyac var. Avropada İnterçeync çərçivəsində debet kart ödənişlərində maksimum 0.2%, kredit kart ödənişlərində ən çoxu 0.3% tətbiq edilir. ABŞ-da Durbin Qanunu ilə debit kartların interçeync haqları məhdudlaşdırılıb: $0.21 + 0.05%. Bir sıra dövlətlərdə isə ödənişlər üçün aşağı komissiyalar və hətta dövlət subsidiyası da tətbiq edilir.

Azərbaycanda POS-terminallardan istifadə haqları ilə bağlı məhdudiyyətlər olmadığından bu banklar tərəfindən daha yüksək komissiyaların müəyyənləşdirilməsinə səbəb olur. Bu baxımdan, ölkəmizdə də banklar tərəfindən POS-terminal xidməti üzrə maksimum komissiya faizinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Digər tərəfdən, Mərkəzi Bankın stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına nail olması arzuolunandır. Bir sıra inkişaf etməkdə olduğu kimi daxili İnterçeync sisteminin formalaşdırılması da bankların bu yüksək komissiya haqlarını azaldar. Bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər.



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap