Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Zəngəzur dəhlizi ilə bağlı tarixi addım - Dəmir yolunun təməli atılır

Tarix 20.08.25, 19:02

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməlinin 22 avqust cümə günü atılacağını açıqlayıb.

 "Hürriyet" xəbər verir ki, nazir bildirib ki, 224 kilometr uzunluğundakı bu xətt, Zəngəzur dəhlizinin mühüm bir hissəsi olacaq və Zəngəzur dəhlizinin işə düşməsi ilə Pekindən Londona qədər uzanan Şərq-Qərb marşrutu daha səmərəli işləyəcək.

5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücü

Uraloğlunun sözlərinə görə, xətt Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcək, eyni zamanda ölkənin Asiyaya uzanan ticarət yollarında jeostrateji mövqeyini daha da möhkəmləndirəcək.

Türkiyə Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində layihə üçün 2,4 milyard avroluq xarici maliyyə təmin edilib. 

Nazir bildirib: "Qars-İğdır-Aralıq-Dilucu dəmir yolunu 224 kilometr uzunluğunda, ikixətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa edəcəyik. Xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma imkanına malik olacaq. Layihədə 5 tunel, 19 açıq-tunel, 3 viadük, 10 körpü, 144 altkeçid, 27 üskeçid və 480 suötürücü olacaq".

Azərbaycanla yeni dəmir yolu bağlantısı

Nazir Uraloğlu əlavə edib ki, bu xətt, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə quracaq Zəngəzur dəhlizinin mühüm hissəsini təşkil edəcək: "Bu xətt vasitəsilə Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni bir dəmir yolu bağlantısı yaranacaq. Eyni zamanda Şərqi və Cənub-Şərqi Anadolunun istehsal potensialı daha sürətli şəkildə xarici bazarlara çıxacaq, Aralıq dənizinin turizm imkanları genişlənəcək. Bundan əlavə, bu xətt Transxəzər və Şimal-Cənub dəhlizlərini gücləndirərək Avrasiyanın tədarük və logistika şəbəkələrini möhkəmləndirəcək, Türkiyəni regional əməkdaşlığın mərkəzinə çevirəcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə Pekindən Londona qədər uzanan Şərq-Qərb marşrutu daha effektiv işləyəcək, Orta Dəhlizin dəmir yolu və avtomobil yolu yükdaşıma imkanları artacaq". (Qaynarinfo)



Xəbərin oxunma sayı : 1306




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap