Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Sabirabadda bağça müdirini Şəhid anasına qarşı “üsyanı” - VİDEOFAKT

Tarix 10.10.25, 18:24

Font ölçüsü : - / +
bitmap-img6


Sabirabad rayonunda şəhid atası Etibar Muradovla Ulacalı kənd uşaq bağçasının müdiri Sevinc Mikayılova arasında qalmaqal yaranıb.

Şəhid atası E.Muradov Xaq-a açıqlamasında deyib ki, həyat yoldaşı Fatma Muradovanın sözügedən bağçaya işə qəbul olunması üçün müraciət edib.
Onun sözlərinə görə, aldığı cavab nəinki mənfi olub, hətta bağça müdirəsi tərəfindən çox kobud qarşılanıb: “Mən özüm də Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, döyüşlərdə yaralanmışam, ikinci qrup müharibə əliliyəm. Ulacalı kənd uşaq bağçası bir yerdə döyüşdüyümüz şəhid Cavid Əhədovun adını daşıyır.

Həyat yoldaşım dərdli adamdır, bütün günü evdə olur, özünə qapanır, fikir çəkir. Evdən çıxmasını, kollektiv içinə getməsini, başının qarışmasını istəyirəm. Sevil Mikayılova isə nəyinki şəhid anasını işə qəbul etmədi, bizə kobud cavab verdi. Deyir ki, mən nə şəhid, nə də onun ailəsini tanımıram. İstəyirsə, gecə gəlib işləsin, səhərə qədər…”.

bitmap-img6

Şəhid atası bildirib ki, eşitdikləri qarşısında mat-məəttəl qalıb və nə deyəcəyini bilməyib: “Şəhid anası, yaşlı, dərdli bir qadının işə düzəlməsi ilə bağlı müraciətimizə bu cür cavab almağımız kənd camaatı tərəfdən də birmənalı qarşılanmayıb. Sevinc Mikayolova hər yerdə deyir ki, qazi anasıyam, oğlumun 9 medalı var. Əgər qazi anasıdrısa, niyə şəhid anasını anlamır, üstəlik ağır cavab verir”. Araşdırmalarımız zamanı  məlum olmuşdur ki,  Sevinc Mikayolova qazi anası deyil. İctimayyətdə yalan açıqlama verir.

O, bağça müdiri ilə bağlı bir sıra ciddi iddialar da səsləndirib. Şəhid atasının sözlərinə görə, Sevinc Mikayılova bağça işçilərinin maaşlarını kəsir, uşaqlara ayrılan ərzaq paylarını mənimsəyir, bəzi işçiləri isə öz evində xidmətçi kimi işləməyə məcbur edir.

E.Muradov qeyd edib ki, məsələ ilə bağlı prokurorluğa və Mil-Muğan Regional Təhsil İdarəsinə rəsmi şəkildə müraciət edib:

Açıklama yok.

“Sevinc Mikayılovanın əməllərinə qiymət verilməlidir. O, bizdən üzr istəməlidir. Amma Mil-Muğan Regional Təhsil İdarəsi bağça müdiri ilə bağlı heç bir tədbir görmür”.

Açıklama yok.
Bu məsələdən görəsən Elm və Təhsil naziri Emin Əmrullayevin məlumatı var?  Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili bağça müdiri Sevinc Mikayılovanı hansı səbəbdən belə qoruyur?

Bəhruz Nəbili bağça müdiri Sevinc Mikayılova ilə necə anlaşıblar? Bu məsələ ilə bağlı araşdırma aparılmalıdır.

Bağça müdiri Sevinc Mikayılovadan  və Mil-Muğan Regional Təhsil İdarəsindən heç bir açıiqlama almaq mümkün olmadı.

Araşdırmalarımız zamanı  məlum olmuşdur ki,  Sevinc Mikayolova qazi anası deyil. İctimayyətdə yalan açıqlama verən oğlu redaksiyayla əlaqə saxlayıb faktlar təqdim edəcəyini bildirsədə heç bir məlumat təqdim etməyib.

Qeyd edək ki, Etibar Muradovun oğlu Çevik Polis Alayının polisi Əzizbəy Muradov Azərbaycan Ordusunun 2023-cü il sentyabr ayının 19-20-də Qarabağda keçirdiyi antiterror əməliyyatlarında şəhid olub.

Açıklama yok.



Xəbərin oxunma sayı : 316




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap