“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Üç ayda neft hasilatı 400 min ton azalıb - DSK birinci rübün yekunlarını açıqladı

Tarix 15.04.25, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Statistika Komitəsi (DSK) 2025-ci ilin ilk üç ayına dair iqtisadi göstəriciləri açıqlayıb. Hesabatda vurğulanır ki, neft hasilatında uzun müddətdir müşahidə olunan azalma bu il də eyni templə davam edir.

Hesabatı şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 400 min ton azalma qeydə alınıb. Onun sözlərinə görə, əgər bu tendensiya ilin sonuna qədər davam etsə, ümumi azalma 1,5 milyon ton səviyyəsində olacaq. 

Ekspert xatırladır ki, 2020–2024-cü illər ərzində Azərbaycanın xam neft hasilatı 5 milyon ton azalıb: “Əgər bu il də proqnozlaşdırılan azalma baş verərsə, son beş ildə ümumilikdə təxminən 7 milyon ton, yəni 20 faizə yaxın azalma qeydə alınacaq. Qeyd edim ki, 2015–2020-ci illər dövründə də hasilatda 7 milyon tonluq geriləmə yaşanmışdı.”

Rövşən Ağayevin fikrincə, əgər pandemiya və Rusiya–Ukrayna müharibəsi baş verməsəydi, qaz hasilatındakı artıma baxmayaraq, Azərbaycan postneft dövrünün əlamətlərini daha erkən hiss edə bilərdi. 

“Əgər qlobal hərbi qarşıdurmalar olmasa, yaxın dövrdə enerji bazarlarında yaranmış `qiymət köpükləri`nin tədricən dağılması, resurslardan asılı ölkələr üçün ciddi çətinliklər yaradacaq. Bu prosesə əsas təsir isə elektromobilləşmənin sürətlə yayılması və qlobal iqtisadi artımın zəifləməsindən qaynaqlanacaq,” – deyə iqtisadçı vurğulayıb.



Xəbərin oxunma sayı : 826




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap