“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Hər il Ermənistandan 7-8 min çağırışçı Azərbaycan ərazilərində hərbi xidmətə göndərilirdi“ - Mnatsakanyan

Tarix 17.03.25, 18:11

Font ölçüsü : - / +
bitmap-img6


Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, hər il Ermənistandan 7-8 min nəfər hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.

APA xəbər verir ki, o, ildə iki dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı 3500-4000 Ermənistan vətəndaşının işğal edilmiş ərazilərə gətirildiyini deyib.

Onun sözlərinə görə, qondarma rejimin “ordusu”nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə Qarabağda yaşayan erməni sakinlər olub.

Təqsirləndirilən şəxs daha sonra deyib: “Xidmət zamanı onların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabe olurdular və hərbi geyimləri də eyni idi".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.



Xəbərin oxunma sayı : 319




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap