Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Səttar Mehbalıyevin otelində kütləvi narazılıq - Deputat niyə susur?

Tarix 11.03.25, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan şəhərində yerləşən Təbriz Hotelin 40-dan çox işçisi əmək haqlarının gecikdirilməsindən və rəhbərliyin onlara qarşı kobud münasibətindən şikayətçidir. 
 
Onların sözlərinə görə, hotelin hazırkı sahibi deputat Səttar Möhbalıyevdir və o, problemlərdən xəbərdar olsa da, heç bir tədbir görmür.
 
Hotel əvvəllər Vasif Talıbovun oğlu Seymura məxsus olub. Talıbov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra isə, otelin Səttar Möhbalıyevin nəzarətinə keçdiyi bildirilir.

Adlarının çəkilməsini istəməyən işçilər "Gündəlik Naxçıvan”a bildiriblər ki, rəhbərlik və sahibkar əmək haqlarını vermir, haqqını tələb edənləri isə işdən çıxarmaqla hədələyir:
 
"İki aydır maaşımızı vermirlər. İstəyəndə "pul yoxdur” deyirlər, amma otel işləyir, qonaqlar qəbul olunur, yaxşı da qazanc əldə edirlər. Xadimələr və digər işçilər çətin vəziyyətdədir. Haqqımızı tələb edəndə isə bizi təhdid edirlər. Evə çörək aparmağa pulumuz yoxdur, bank borclarımız yığılıb. Səttar müəllim hoteldə tez-tez görünür, amma bizim onunla görüşməyimizə imkan vermirlər. O, vəziyyəti bilir, amma müdaxilə etmir”.
 
Hotel işçiləri Səttar Möhbalıyevə müraciət edərək maaşlarının dərhal ödənilməsini tələb ediblər.

Qlobal.az Səttar Mehbvalıyevdən məsələ ilə bağlı mövqe öyrənə bilməyib. 
 



 



Xəbərin oxunma sayı : 559




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap