Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

QHT sədri saxta ordeni bu ölkə rəhbərinə təqdim edib - Deputatla birgə... + VİDEO

Tarix 02.10.25, 20:10

Font ölçüsü : - / +
bitmap-img6


Dünən Bakıda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov saxta ordenlərindən birini də Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədova verib.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə İsmayılovun 2022-ci ildə Türkmənistanda keçirilən rəsmi tədbirlərdən birində Berdiməhəmmədova “Dədə Qorqud” ordeni təqdim etdiyi əks olunub.

Kadrlardan aydın görünür ki, Eldar İsmayılov tədbirə Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyevlə birlikdə gedib.


Videodan o da görünür ki, Azərbaycan xalqının adından türkmən lideri Qurbanqulu Berdıməhəmmədova “möhtəşəm mükafat” təqdim olunur. Təltifetmə mərasimi elə bir pafosla təşkil edilib ki, guya bu, əsrin hadisəsidir. 

Musavat. com-un məlumatına görə, tədbirdə əvvəlcə deputat Eldar Quliyev kürsüyə çıxıb sınıq-salxaq rus dili ilə türkmən və Azərbaycan xalqları arasında olan qardaşlıqdan danışırb Ardınca xitabət kürsüsünə onun adaşı çıxır. 

Eldar İsmayılov səlis rus ləhcəsi, şirin sözlər və şoumenlik bacarığı ilə türkmən məmurların ürəyinin “sarı siminə” toxunur. “Arxadağ” Berdıməhəmmədovun şəninə elə sözlər ərz edir ki, zalda əyləşən yüzlərlə məmur riqqətə gəlib ayağa qalxır, türkmənsayağı alqışlarla “Ar-xa-dağ” nidaları sarayın divarlarını dəlib keçir. Və böyük məqam yetişir - Eldar İsmayılov əlini cibinə aparır, oradan “ulu türk ordeni”nini, özünün az əvvəl düzüb-qoşduğu “Dədə Qorqud” ordenini Berdıməhəmmədova təqdim etmək üçün acizanə xahişdə bulunur.

Açıklama yok.

Berdıməhəmmədovun razılıq əlaməti olan baş işarəsini gözləyən Eldar İsmayılov dərhal ona tərəf iri addımlarla yürüyür və şəstlə həmin o “əlçatmaz” ordeni türkmənbaşının yaxasına asır. O an zalda sanki vulkan püskürür. Yüzlərlə məmur ayaq üstə “Ar-xa-dağ! Ar-xa-dağ!” nidalarını daha uca səslə tələffüz edib saxta ordenin parıltısını alqışlayırlar. Heç kimin ağlına da gəlmir ki, Berdıməhəmmədovun sinəsinə asılan bu “möhtəşəm mükafat” heç bir hüquqi qüvvəsi olmayan bir dəmir və əski parçasının ustalıqla hazırlanan bir kompozisiyasıdır.


Tamaşanın kulminasiyası, bu tamaşa-şounun Eldar İsmayılovun marağında olan pərdəsi də bundan sonra başlayır. “Arxadağ” dərin heyranlıqla onun əlindən aldığı təltifə görə saray süfrəsi açdırıb. Qonaqlar üçün qoyun əti süfrəyə dağ kimi yığılıb, plov qazan-qazan gətirilir, desert kimi isə ən bahalı qovunlar və nar şirəsi süfrəni bəzəyib. Eldarlara xüsusi hörmət əlaməti olaraq dövlət mühafizəçiləri qədəh qaldırıb, məmurlar onları türkmən xalqının dostu elan ediblər. Berdıməhəmmədov isə, öz növbəsində, qardaş Azərbaycandan gələn böyük təltiflərə görə minnətdarlıq bildirib.

Əslində isə həmin axşam Türkmənistanın 1 nömrəli sarayında sadəcə “böyük kombinasiya” oynanılıb, Türkmənistanın siyasi elitası nağıla inandırılıb.

“Arxadağ”ın boynuna asılan o “Dədə Qorqud” ordeninin səsi 3 il sonra, 2025-ci ildə Bakıda polisin keçirdiyi əməliyyatla çıxıb. Eldar İsmayılovla yanaşı Füzuli Rzaquliyev və Rasim Məmmədov istintaqa cəlb olunublar. Eldar İsmayılov qeyd etdiyimiz kimi “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri, Füzuli Rzaquliyev “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri, Rasim Məmmədov isə “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədridir.

Qeyd edək ki, Eldar İsmayılov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi – rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, onları hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə faktları üzrə cinayət işi başlanıb. Hazırda İsmayılov istintaqa cəlb olunub və araşdırmalar davam etdirilir.




Xəbərin oxunma sayı : 214




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap