Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Mütəxəsssisdən həyacan təbili - Urmiya qurudu, sıra Abşerondadır?

Tarix 01.10.25, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi Asiyanın ən böyük düz gölü olan Urmiya gölü artıq tamamən quruyub.

İran hökuməti bunun iqlim dəyişikliyi ilə əlaqədar olduğunu bildirsə də, aktivistlər bunun əksini deyirlər. Onlar iddia edirlər ki, Urmiya gölü baxımsızlıq, gölün su və duz ehtiyatlarının qeyri-effektiv və plansız istifadə, çayların istiqamətinin dəyişdirilməsi, intensiv kənd təsərrüfatı fəaliyyəti səbəbindən qurudu.

Bu iddia istər-istəməz Quzey Azərbaycanda – Abşeronda yerləşən düz göllərinin də taleyi üçün narahatlıq yaradır. Abşeronun bəzəyi olan duz göllərini də eyni aqibət gözləyə bilərmi?

Mütəxəssislər bildirirlər ki, baxımsızlıq və plansız istismar yanaşması tətbiq olunarsa, onların da tədricən quruması mümkündür. Bundan başqa qanunsuz və nəzarətsiz duz hasilatının aparılması gölün ekosisteminə ciddi zərər verə bilər.

Həmçinin urbanizasiyanın ən böyük problemlərindən olan sənaye və məişət tullantılarının, çirkab sularının birbaşa bu göllərə axıdılması onların çirklənməsinə və zamanla tələf olmasına səbəb ola bilər.

Duz gölləri gələcəyin çatlamış torpaqları olacaqsa...

Ekoloq Cavid Hüseynov Bizim.Media-ya bildirdi ki, Abşeron yarımadasında mövcud olan 200-dən artıq gölə il ərzində 41,5 mln. m3 müxtəlif tərkibli çirkab suları axıdılır. Suların tərkibində neft məhsulları, ağır metallar və digər zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə çox olduğundan göllərin dib çöküntülərində radionuklidlərin artması müşahidə olunur. Təsərrüfat-məişət tullantı sularının da göllərə və ətraf ərazilərə axıdılması Abşeron yarımadasında kəskin olan ekoloji vəziyyəti daha da mürəkkəbləşdirir:

"Göllərin əksər hissəsi kiçik ölçülü olduğu üçün ilin isti dövründə quruyur, yalnız 10-a yaxın gölün sahəsi 1-2 kvadrat km-dən artıqdır. Göllərin su qidasını atmosfer yağıntıları, məişət suları və çox cüzi olaraq sahillərindəki bir neçə az debitli bulaqlar təşkil etdiyi üçün yayda suyu qurumaq həddinə çatır. Atmosfer yağıntılarında əgər azalma müşahidə olunarsa, bəzi kiçik göllərdə quruma təhlükəsi ola bilər. Ancaq bizim göllərin ən böyük problemi qeyd olunduğunu kimi çirklənmədir. Hazırda bu göllərin bərpası ilə bağlı işlər görülür”.



Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap