“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Fransanın Əlcəzair cinayətləri - Qətliamı ifşa edən film qadağan edildi

Tarix 19.03.25, 15:04

Font ölçüsü : - / +
bitmap-img6


Fransalı rejissorlar Klair Billet və Kristof Lafaye tərəfindən Fransanın xüsusi silahlar bölməsinin 1956-1962-ci illərdə Əlcəzairdə istifadə etdiyi toksik qazlarla bağlı yeni sənədli film hazırlayıb.

Modern.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, hazırlanan yeni sənədli film şok edici faktlar açılqlanıb.

Araşdırmalara əsasən, həmin dövrdə 8 000 – 10 000 arası toksik qaz istifadəsi qeydə alınıb. Qazlar əsasən mağaralarda tətbiq edilib, məqsəd isə Əlcəzairin müstəqillik uğrunda mübarizə aparan döyüşçülərini məhv etmək və sığınacaq yerlərini istifadəyə yararsız hala salmaq olub.

Məlumatların tam aşkarlanması isə mümkün deyil, çünki Fransanın qanunları bu cür arxivləri müddətsiz məxfi saxlayır. 2008-ci ildə qəbul edilən qanuna görə, bu cür məlumatlar məxfi saxlanılır və müddətsiz olaraq açıqlanması qadağan edilib. Bu da göstərir ki, Fransa dövləti öz müstəmləkə cinayətlərinin tam açıq şəkildə araşdırılmasını və dünya ictimaiyyətinə çatdırılmasını istəmir.

Fransanın bu cinayətləri ifşa edən sənədli filmin martın 16-da “France Télévisions” kanalında yayımlanması planlaşdırılsa da, gözlənilmədən iyuna qədər təxirə salınıb. Bu qərar Əlcəzairdə böyük narazılıq yaradıb.

“El Moudjahid” informasiya agentliyi bunu Fransanın azadlığı boğmaq cəhdi kimi qiymətləndirib. Nəşr Fransanın azad sözü boğduğunu və öz cinayətlərini ört-basdır etmək üçün filmə mane olduğunu bildirib. Əlcəzair ictimaiyyəti bu addımı Fransanın müstəmləkə dövründə törətdiyi qətliamları unutdurmaq cəhdi kimi qiymətləndirir.

Bu hadisə Fransanın müstəmləkə dövründə həyata keçirdiyi və indiyə qədər ört-basdır etməyə çalışdığı qətliamların növbəti sübutudur. Tarix boyu Fransa müxtəlif bölgələrdə oxşar siyasət yürüdüb: qətliamlar, etnik təmizləmələr və bu cinayətləri ört-basdır etmək cəhdləri.

Fransanın Azərbaycana münasibətində də eyni ikiüzlü yanaşma görünür. Fransa, tarixdə soyqırımlar və qırğınlarla yadda qalan Ermənistana açıq şəkildə dəstək verməkdə davam edir. Azərbaycanlılara qarşı Xocalı faciəsi kimi qətliamlar törədən bir dövlətə silah yardımı etməsi və siyasi dəstək göstərməsi Fransanın müstəmləkəçi siyasətindən imtina etmədiyini sübut edir. Əlcəzairdəki qətliamları gizlətməyə çalışan bir ölkənin Ermənistanın hərbi cinayətlərini görməzdən gəlməsi və onu dəstəkləməsi təəccüblü deyil.

Fransanın keçmişi ilə üzləşməkdən qaçması, eyni cinayətkar siyasəti müxtəlif bölgələrdə davam etdirməsi beynəlxalq ictimaiyyət tərəfindən daha ciddi araşdırılmalı və qınanmalıdır.





Xəbərin oxunma sayı : 283




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap