“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Amerikanın Səsi“ və “Azadlıq Radiosu“ qapadıldı - Tramp qərar verdi

Tarix 15.03.25, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp "Amerikanın Səsi"nin ana təşkilatı da daxil olmaqla yeddi federal agentliyin bağlanması barədə fərman imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bağlanacaq qurumlar arasında ABŞ Qlobal Media Agentliyi də var. Bu agentlik "Amerikanın Səsi"ndən əlavə, "Azadlıq Radiosu" (Radio Free Europe/Radio Liberty) və "Radio Free Asia" kimi media təşkilatlarını maliyyələşdirir. Təxminən 270 milyon dollar büdcəyə və 2 mindən çox əməkdaşa sahib olan qurum 49 dildə yayımlanır və həftəlik auditoriyası 361 milyondan çox insanı əhatə edir.

Ləğv ediləcək digər agentliklər bunlardır:

Federal Barışdırma və Uzlaşdırma Xidməti – tətil və əmək mübahisələrinin qarşısının alınması və həll edilməsi ilə məşğul olur.

Vudro Vilson adına Beynəlxalq Alimlər Mərkəzi – bitərəf analitik mərkəz kimi fəaliyyət göstərir.

Muzey və Kitabxana Xidməti İnstitutu – muzeylərə, kitabxanalara və arxivlərə maliyyə və texniki dəstək göstərir.

ABŞ-ın Evsizlik Problemləri üzrə İdarələrarası Şurası – evsizliyin qarşısını almaq və onu aradan qaldırmaqla məşğul olur.

İcma İnkişaf Maliyyə İnstitutları Fondu – maliyyə çətinliyi yaşayan icmalara dəstək verir.

Azlıqların Biznes İnkişafı Agentliyi – azlıqlara məxsus bizneslərin inkişafına kömək edir.



Xəbərin oxunma sayı : 565




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap