“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Azərbaycan klubunda maaş qalmaqalı - Qarşılıqlı ittihamlar

Tarix 13.01.25, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan 2-ci liqasında çıxış edən “Hypers Quba” klubunda maliyyə problemlərinin yaşanması haqda xəbərlər yayılıb.

QOL.az saytına müraciət edən komandanın futbolçusu Rəhim Cəfərov deyib ku, özü ilə yanaşı bir neçə oyunçu maaş ala bilmir.

Qeyd edib ki, hətta klub prezidenti Ayaz Abdullayev onlara  “Vermirik, gedib hara istəyirsinizsə, şikayət edin. Heç kəs bu pulu məndən ala bilməz” cavabını verib.

Rəhim Cəfərov futbolçuların məsələ ilə bağlı AFFA-ya şikayət edəcəklərini deyib: “Klub prezidenti futbolçularla müqavilə bağlayır və 1-2 aydan sonra maaşı vermir. Bununla da onları özündən asılı vəziyyətə salır. Müqaviləimiz olduğuna görə heç bir kluba gedə bilmirik. Pulumuzu da vermirlər, başqa kluba da buraxmırlar. Klub prezidenti Ayaz Abdullayev zənglərimizə də cavab vermir. Mənim kimi maaş ala bilməyən 5-6 futbolçu var".

QOL.az saytı futbolçuların ittihamları ilə əlaqədar klub prezidenti Ayaz Abdullayevin də fikirlərini öyrənib. O, bu iddianı rədd edib: 

“Əvvəla mənim mövqeyimi öyrəndiyiniz üçün təşəkkür edirəm. Mən bu klubu iki ildən bir az çoxdur ki, ayaqda saxlayıram. Demək olar ki, sırf öz büdcəmlə bunu edirəm. Mənim üçün ən vacib olan klubun imicidir. Futbolçular da mənim zəif tərəfimin klubun imici olduğunu bilirlər. Komandada 1-2 nəfər var ki, onlar danışıqlara və razılaşmaya əsasən mükafatlarını alıblar. Sadəcə, bizdə ekstra mükafat da var ki, bunu üçün qarşıya qoyulan hədəfə çatmaq lazımdır. Bu hədəfə də çatmadığımız üçün mükafat heç kimə verilmədi. Komandada da hamı bunu anlayışla qarşıladı. Bizdə peşəkar futbolçular çoxdur. Cavid İmamverdiyev, İlqar Ələkbərov, Qeyrət Əliyev kimi futbolçularımız var.  Digərləri də peşəkarlar. Sadəcə olaraq kimlərsə klubdan getmək istəyir və belə fikirlər səsləndirir. Düşünürlər ki, onsuz da klubdan gedirik, nəsə tələb edək. Bizim 22 futbolçu və 7 texniki heyətimiz var. 2-3 nəfər narazılıq edəni çıxmaqla qalanlarının hamısından soruşa bilərsiz ki, klubumuzda belə problem olub, ya yox".

A.Abdullayev deyib ki, klubda maaş problemi olmayıb: "Yəni heç bir futbolçunun pulu kəsilməyib. Həmin narazılıq edən 2-3 futbolçu ilə bağlı tədbir görüləcək. İntizam kodeksi var. Futbolçular klubun imicinə zərər vuran açıqlama verməməlidirlər. Buna riayət etməlidirlər. Hazırda onlar kluba və mənim imicimə zərbə vururlar. Onların da cavabı lazım olan formada veriləcək. Mən həqiqətən klubu saxlamaq üçün əziyyət çəkirəm. Bu əziyyətin qarşılığında belə hərəkət etmək ən yaxşı halda xoşagəlməzdir”.



Xəbərin oxunma sayı : 1330




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap