“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

500 manat kredit götürdü, 1500 manat faiz ödədi - Lombard dələduzluğu

Tarix 28.01.25, 21:27

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərinin mərkəzi yerlərində tez-tez rast gəldiyimiz obyektlərdən biri də lombardlardır. Banklara üz tutub kredit götürə bilməyən və yaxud da rəsmi iş yerləri olmayan şəxslər lombardlara axışır. Bu gün lombardların əhali arasında populyarlığının əsas səbəbi əlçatan olmasıdır. Təcili vəsaitə ehtiyacı olan şəxslər hər hansı qiymətli bir əşyanı lombarda girov kimi təqdim edib istədiyi məbləği ala bilirlər.

Burada müştərilərdən rəsmi gəlir yerləri tələb olunmur. Bankalardakı sənədləşmə işləri lombardların fəaliyyətinə geniş imkanlar yaradır. Bəs lombardların təqdim etdiyi kredit faizləri nə qədərdir və şərtlər nədən ibarətdir. Əhalini buraya gəlməyə daha nələr sövq edir.

Musavat.com-un əməkdaşı bir neçə lombard kimi fəaliyyət göstərən ofisdə olub, bu şərtlərlə tanış olub.

Bu işlərlə məşğul olan sahibkar söhbət zamanı bildirib ki, kreditləri aylıq 4-5 faizlə verirlər. Onun sözlərinə görə, borcun əsas məbləği azaldıqca faizlər də azalır:

“4 qramlıq qızıla 300 manat pul veririk. 300 manata hər ay 12 manat faiz alırıq. Faizdən əlavə əsas borcdan müəyyən qədər ödəyən vətəndaşların faizi də azalır. Banklarda isə hər aya bölünmüş faiz dəyişmir. Sən tutaq ki, qızılını verib lombarddan 5 min manat pul götürmüsən və bir ay ərzində onu qaytarmaq istəyirsən, bu zaman 5 minə 4 faizdən 200 manat hesablanır. Beləliklə, 5200 manatı ödəyib qızılını geri ala bilirsən. Bankda isə bu məbləği 12 aya bölüblərsə, bu müddətdə pulunu alandan sonra qiymətli əşyan özünə təhvil veriləcək. Bank uzun müddətli ödənişlər üçün sərfəlidir. Məsələn, mənim banka 35 min manat kredit borcum var. Onu bir neçə il ərzində verəcəyəm. Doğrudur, 2-4 min arası pul itirəcəyəm, amma uzun müddətli olması işimə yarayır. Bəzən deyirlər ki, guya lombardlarda 18-20 faizlə kredit verilir. Bu real deyil. Bizdə kredit müddətsiz verilir”. Gecikmə olanda günə 0,10 qəpik cərimə yazılır. Çalışırıq ki, daimi müştərilərimizi itirməyək. 4-5 minə qədər kredit veririk”.

Digər lombard işlədən xanım bildirir ki, onlara müraciət edən zaman şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd tələb olunmur:

“Buna görə də insanlara bizdən pul götürmək daha asandır. Gecikmə olan zaman isə 2 ay gözlənilir, 2 aydan sonra hər 10 günə ümumi məbləğin 1 faizi dəyərində cərimə yazılır. 1000 manatlıq qızıl qoyan şəxs iki aydan sonra ilk 10 gün ərzində də ödəniş etmirsə, ona 10 manat cərimə yazılır. İkinci 10 gün ərzində isə bu məbləğ 20 manat olur. Bizim bir müştərimiz var idi, ona 500 manat pul vermişdik. O hər ay faizi ödəsə də əsas borc məbləğini ödəyə bilmirdi, beləliklə, 500 manata görə o bizə 1500 manatdan çox ödəyib. 2018-ci ildən indiyə kimi faiz ödəyir. Hələ də 500 manatı gətirib qızılını götürə bilmir”.

İqtisadçı Natiq Cəfərli deyir ki, lombardlarla vətəndaşlar arasında fərdi müqavilələr bağlanır və bu çərçivədə fəaliyyət göstərilir. Buraya dövlətin müdaxiləsi demək olar ki, yoxdur, sadəcə olaraq mülki müqavilədə ümumi müddəalar qeyd olunur.

“Vətəndaşa təcili pul lazım olanda onlar lombardlara daha çox müraciət edirlər. Çünki orada prosedur qaydaları daha sadədir. Eyni zamanda banklarda kredit tarixçəsi anlayışı yaranıb. Onlar müştərilərin kredit tarixçəsini bir-biri ilə bölüşürlər. Kredit tarixçəsi yaxşı olmayan insanlara banklar imtina verəndə onlar lombardlara üz tuturlar. Lombardlar isə bu vəziyyətdən istifadə edib daha ağır şərtlər və faizlərlə vətəndaşlarla müqavilə bağlayırlar. Müqavilədə sığorta məsələsi də qeyd olunmalıdır. Məsələn yanğın baş verərsə, vətəndaşın dəyərli əşyası orada məhv olarsa, ona dəyən zərər lombard tərəfindən ödənməlidir. Çox zaman sığorta haqqı ödənilməsin deyə lombardlar bundan vaz keçirlər. Əhali çox zaman müqavilələri oxumadan imzalayır və nəticədə fors-major situasiyada məsuliyyət vətəndaşın üzərində qalır”.



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap