“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Problemli maşınlar yenisi ilə əvəzlənir? - “Avtomobildə nöqsan varsa...”

Tarix 30.01.25, 14:50

Font ölçüsü : - / +
bitmap-img6


Avtomobil şirkətləri arasında yayılmağa başlayan geri çağırma xəbərlərinə "Kia" da qoşulub. "Kia" 2017 və 2018 model illərinə aid "Niro" hibrid SUV-lərini, hava yastığı və təhlükəsizlik kəmərinin ön gərmə sistemlərindəki mümkün elektrik nasazlığına görə geri çağırır. Bəs belə hallarda rəsmi dilerlər, yaxud distribüterlər müştərilərə sözügedən maşınların əvəzində yeni avtomobil verirmi?

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) icraçı direktoru Eyyub Əliyev bildirib ki, belə hallarda müştəri yeni maşınla təmin edilir:

“Geri çağırmalar hansısa region, yaxud ölkə üzrə istehsal edilmiş avtomobil olur. Azərbaycanda da belə hal olub: bir markanın avtomobilləri geri çağırılıb və müştərilər yeni maşınlarla təmin edilib.

Ümumiyyətlə, təkcə “Kia”da deyil, istənilən rəsmi dillerlərdə hansısa zavod qüsürü yaxud hansısa problem olduqda həmin maşınlar geriyə çağrılır. Təbii ki, onu digər avtomobillərlə əvəz edirlər”.

Eyyub Əliyev qeyd edib ki, fərdi qaydada ölkəyə gətirilən maşınlarda  bu məsələ ciddi problem yaradır:

“Bu, istehsalçının məsuliyyətidir. Alıcı zəmanətli avtomobil almalıdır ki, problem yarandıqda, həllini tapsın. Amma nəzərə alaq ki, ölkəmizə fərdi qaydada da avtomobillər gətirilir. Təsəvvür edin ki, onlarda hansısa bir qüsur aşkarlandığı zaman həmin maşını kimə qaytaracaqlar? Görün belə avtomobillərə görə yollarda insanları nə qədər təhlükə gözləyir. Amma diler satışlarında belə problemlər yoxdur. Maşında nöqsan varsa, avtomobil şirkətə qaytarılır və yenisi ilə əvəzlənir”.



Xəbərin oxunma sayı : 418




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap