“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Bəzi problemlərimiz var” - Qurban Qurbanov

Tarix 22.01.25, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


"Bu, ilin ilk Avroliqa oyunudur. Matça tam hazır olmaq bizim üçün çox vacibdir. Demək olar ki, çox hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Amma bilirik ki, çox istəkli bir komandaya qarşı çıxış edəcəyik. Avroliqada çox yaxşı nəticələr əldə ediblər. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərtliyi ilə seçilib. Sabah biz çox vacib bir mübarizəyə hazır olmalıyıq. Demək olar ki, hazırıq. Çalışacağıq ki, öz oyunumuzdan əl çəkməyək və azarkeşlərə gözəl oyun göstərək. Çox istəyirik ki, vacib qələbən qazanaq".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda sabah Bakıda FCSB-yə qarşı keçirəcəkləri matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, görüş haqqında ümumi fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

-İtkilər var. Bu itkilərdən çıxış edərək, sabahkı matçda hansısa taktiki dəyişikliyə gedəcəksiz?

-Elə də ciddi dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edib, düşündüklərimizi meydanda tətbiq etməyə çalışırıq. Hansısa xırda dəyişiklik ola bilər, hücumun qurulmasında, ya başlanmasında. Amma illərdir hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı matçda səhvləri etməməliyik. Bu komanda xırda səhvi də bağışlamır. Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq. Həmişə oyunumuzu daha da yaxşılaşdırmağa çalışmışıq.

-FKSB-nin sahibi Gigi Bekali deyib ki, "Qarabağ"ı məğlub edəcəklər. Bununla bağlı fikriniz necədir?

-Normal. Bu idmandır. Hər bir rəqibin rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə verir. Biz də onları məğlub etmək istəyirik. Deyəcək fikrim yoxdur. Normal yanaşıram.

-Rəqiblər açıqlananda FKSB ilə nə düşünürdüz? Onları turnir cədvəlinin üst pillələrində görmək sizin üçün gözlənilməzdir?

-Rəqiblər açıqlananda elə bir ciddi fikrim olmadı. Bütün komandalara ciddi yanaşıram, heç birinə fərq qoymuram. Sadəcə hazırlıq zamanı dəyişiklik olur. Xırda elementlər. Amma FKSB-nin nəticəsini də normal sayıram. Göstərdiyi oyuna, məsuliyyətinə görə haqlı nəticələri var.

-FKSB-nin ən güclü tərəfi hansıdır?

-Futbol kollektiv oyundur. Kollektiv oyunu təkmilləşdirmək məşqçi və komanda üçün çətindir. Bu komandanın ən üstün cəhəti odur ki, müdafiədə, hücumun gedişatında hamı çox sadə və çox kollektiv şəkildə oyun intizamını qoruyub-saxlaya bilir.

-24-lüyə düşmək üçün bu matçda qələbə qazanmalısız. Bu məqam komandada psixoloji təsir edir?

-Qalibiyyət üçün hazırlaşırıq. Amma çox da dərinə getmək lazım deyil. Etdiyimiz kiçik uğurlardır. Onları etmək asan deyil. Qələbə üçün hazırlaşmışıq. Sadəcə rəqibi də nəzərə almaq lazımdır. Asan komanda deyil

-Matçın hakimi ilə Rumıniya mətbuatında narazılıqlar var, qəddarlığı ilə seçildiyi iddia olunur. Onun qəddar olduğu bildirilir. Bununla bağlı komandaya tapşırıqlar vermisiz?

-Bu haqda düşünməməyimiz daha yaxşı olar. Oyunqabağı futbolçularımızı buan yönləndirmək düzgün deyil. Amma hər oyundan qabaq futbolçulara məlumat verilir ki, hansı hakim hansı məqama önəm verilir. Bu haqda futbolçulara məlumat verəcəyik.

-Dorinel Muntyanu, Adrian Mutu, Mirça Rednik, Laurentsi Regekampfa qarşı komandalarınız oynayıb. Hansı məşqçini daha güclü sayırsız?

-Hər birini salamlayıram. Hər birinə qarşı oynamaq mənim üçün xoş olub və hər biri böyük addır. Futbolda böyük imzaları var. Amma hansı daha güclü olduğunu deməyim düzgün çıxmaz. Mirça Rednikə qarşı oyunlarımız daha maraqlı olub. Amma hər bir halda, ər birinin futbolda böyük imzası var. Hər birinə uğurlar arzulayıram. Kimi üstün, kimi aşağıdır, deyə bilməyəcəm.

-Rumıniyada klublar tez-tez baş məşqçini dəyişirlər. Adətən maksimum 2 il işləyir məşqçilər. Rumın məşqçilərə məsləhətiniz nə olardı?

-Bəlkə Rumıniyada məşqçilər çoxdur deyə, bu qədər dəyişikliklər edirlər. Özüm barədə isə danışmayacam (gülür).



Xəbərin oxunma sayı : 1438




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap