“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Nazirlikdə şübhəli tender əməliyyatı - Büdcəyə dəyən yüz minlərlə zərər...

Tarix 29.01.25, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 2022-ci ilin dekabrında Qaz-3110 "Volqa" markalı avtomobilin təmiri üçün tender elan etdiyi və nəticələrə əsasən, növbəti ildə "Volqa" avtomobilinin əsaslı təmirinə 9 min manata xərcləndiyi, 2025-ci ildə isə həmin avtomobilin əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarıldığı barədə yazı dərc etmişdik.

Bakupost.az xəbər verir ki, bu günlərdə İnstitutda daha bir şübhəli tender əməliyyatının həyata keçirildiyi məlum olub. Belə ki, ötən il avqustun 19-da Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu açıq tender elan edib. Elanda dərman sarğı materiallarının (endoprotezlərin) satın alınması nəzərdə tutulub.

Açıklama yok.
Tenderin təklif zərfləri 17.09.2024-cü ildə açılıb. Bununla bağlı 2 saylı iclas protokolunda deyilir:
"Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Dövlət Satınalmalarının Vahid Internet Portalında dərc etdiyi Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması adlı 92425 nömrəli müsabiqə üzrə qiymət təkliflərinə baxılıb:
"Müsabiqədə toplam 6 iddiaçı iştirak etmişdir.
İddiaçılarım təqdim etdiyi qiymətlər aşağıdadır.
1."ARASH MEDICAL COMPANY" MMC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 732544.00 AZN.
2. "MEDSOL" MMC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 1210680.00 AZN,
3. "ALFAMED LTD" MMC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 1199175.00 AZN,
4. "PRO MEDICAL" MMC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 710537.00 AZN,
5. "VIVA MEDICAL GROUP" MMC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 785747.25 AZN,
6. "AZƏRİ MED" QSC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 740745.00 AZN".

Açıklama yok.

Göründüyü kimi, tenderə 6 şirkət qatılıb. Onların əksəriyyəti dərman sarğı materiallarının alınması üçün 700-800 min arasında vəsait tələb edib. Ancaq buna baxmayaraq, həmin tenderin qalibi satınalınma üçün ən yüksək qiymət təklif edən iki şirkətdən biri - "ALFAMED LTD" MMC olub.

Maraqlıdır, nədən tenderdə daha əlverişli şərtlər təşkil edən şirkətlər deyil, onlardan 300-400 min daha artıq vəsait tələb edən "ALFAMED LTD" MMC-yə üstünülk verilib? Axı məntiqlə büdcə vəsaitinin səmərəli xərclənməsi üçün 710-780 min arasında vəsait tələb edən 4 şirkətdən biri qalib elan olunmalı idi.

Nədən bu baş verməyib və tender satınalma üçün ən yüksək vəsait tələb edən şirkətə verilib?

Bu suala İnstitutun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazov (artıq məhkəmənin qərarı ilə işinə bərpa olunub - red.) bu yaxınlarda Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə aydınlıq gətirib. O, məhkəmədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Rüstəm Talışinski və hazırda adı saxta sertifikasiya məsələsində hallanan Səhiyyə nazirinin müavini İlqar Qasımovun ünvanına ciddi ittihamlar səsləndirib. Ş.Şahbazov qeyd edib ki, İnstitunun direktoru Rüstəm Talışinski olsa da, faktiki olaraq, bu səhiyyə müəssisəsi İlqar Qasımov tərəfindən idarə olunur.
Tender məsələsinə də toxunan təsərrüfat şöbəsinin müdiri onun formal xarakter daşıdığını bildirib. Belə ki, onun məhkəmədə dediyinə görə, hələ tenderdən 9 ay əvvəl artıq İnstitutla "ALFAMED LTD" MMC arasında dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə razılaşma əldə olunub və lazım olan mallar alınıb. Ş.Şahbazovun iddiasına görə, mallar alınandan 9 ay sonra tender gözdən pərdə asmaq üçün keçirilib.

Ş.Şahbazov dediklərini əsaslandırmaq üçün məhkəmədə daha bir arqumet səsləndirib. Onun dediyinə görə, Səhiyyə nazirinin müavini İlqar Qasımov 21 yaşlı bibisi nəvəsi Yusif Quliyevi Elmi Tədqiqat Travmatalogiya İnsitutunun satinalma şöbəsinin müdiri təyin etdirib və bütün qanunsuz əməliyyatları da onun vasitəsilə həyata keçirir.
Qeyd edək ki, haqqında bəhs etdiyimiz açıq tenderlə bağlı sənədlərdə də Yusif Quliyevin adı "Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi, Satınalma üzrə mütəxəssis" kimi keçir.

Beləliklə, məhkəmədə səsləndirilən iddialardan aydın olur ki, 1,2 milyonluq dərman sarğı materiallarının (endoprotezlərin) satın alınması üçün nstitutla "ALFAMED LTD" MMC arasında sövdələşməni İlqar Qasimov aparıb və bu əməliyyat zamanı külli miqdarda vəsait mənimsənilib.

Məsələ ilə bağlı yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.



Xəbərin oxunma sayı : 523




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap