“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Şuşa və Xankəndidə Ramazan günlərində iftar çadırları qurulub - Fotolar

Tarix 29.03.25, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Müqəddəs Ramazan ayı münasibətilə “Nargis” Fondu tərəfindən Şuşa və Xankəndidə iftar çadırları qurulub.

AzFakt.com xəbər verir ki, 22-23 mart tarixlərində Şuşada, 25-27 mart tarixlərində isə Xankəndidə təşkil olunan iftar süfrələrində bölgə sakinləri və ziyarətçilər müxtəlif təamlardan dadıblar. 

Beş gün ərzində hər gün qonaqlara duru xörək, aş-qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər və kətədən ibarət yüksək keyfiyyətli iftar menyusu təqdim edilib.

Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olub. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilib.

Qeyd edək ki, “Nargis” Fondu tərəfindən “İftar çadırları” layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.

Builki “İftar çadırları” layihəsi Şuşa və Xankəndi şəhərlərində bir sıra şirkətlərin sponsorluğu və müxtəlif qurumların təşkilati dəstəyilə həyata keçirilib.

Şuşa şəhərində layihənin icrası “Bank Respublika” və “Iticket.az” şirkətlərinin sponsorluğu ilə gerçəkləşib. Bununla yanaşı, “Şuşa Hotel”, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi və Azərbaycan Dövlət Reklam Agentliyi təşkilati dəstək göstərib.

Xankəndi şəhərində isə layihə “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı”, “Unibank”, “Kolin İnşaat” və “Coca-Cola” şirkətlərinin sponsorluğu ilə keçirilib. Layihənin təşkilati dəstəyi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən təmin edilib.







Xəbərin oxunma sayı : 694




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap