“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Dünyanın ən varlı ikinci adamının nağıl kimi toyu: Milyonlar xərclənəcək

Tarix 31.03.25, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


217 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı ikinci insanı olan Ceff Bezos iyun ayında nişanlısı Loren Sançezlə Venesiyada evlənəcək. 

Bezos üç gün davam edəcək bu möhtəşəm toy üçün böyük məbləğdə vəsait xərcləməyə hazırlaşır. İngiltərənin "Daily Telegraph" qəzetinin məlumatına görə, toy tədbirləri üçün Venesiyada demək olar ki, fövqəladə vəziyyət elan edilib.

Bezos qonaqlarını yerləşdirmək üçün "Gritti Palace" və "Aman Venice" otelləri ilə yanaşı, türkiyəli iş adamı Emir Uyarın yatırımı olan, "Permak Group"a məxsus "San Clemente Palace" otelini də 26-29 iyun tarixlərində tamamilə icarəyə götürüb.

Bu prestijli otel dünyanın ən lüks otellərindən biri hesab olunur və Bezosun nağılvari toyuna ev sahibliyi edəcək. Burada otaqların bir gecəlik qiymətinin 3200 dollardan başladığı bildirilir. Toyun miqyasının böyüklüyü o həddə çatıb ki, artıq Venesiyadalı bütün su taksiləri tədbir üçün rezerv edilib.

Dünyaca məşhur Hollywood ulduzları və beynəlxalq elitanın iştirak edəcəyi bu toyda qonaq siyahısında bir çox tanınmış simanın yer aldığı deyilir. İddiaya görə, İvanka Tramp və həyat yoldaşı Cared Kuşner, Kim Kardaşyan, Eva Lonqoria, Orlando Blum və nişanlısı Keti Perri, eləcə də televiziya əfsanəsi Opra Uinfri bu dəbdəbəli tədbirdə iştirak edəcək./Qaynarinfo.az/



Xəbərin oxunma sayı : 718




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap