“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Bu yolayrıcında sürücülər üçün təhlükə var - VİDEO

Tarix 31.03.25, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakı-Sumqayıt yolunda sıxlıq yaranan zaman sürücülər alternativ yol kimi Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ilə hərəkət etməyə üstünlük verirlər. Amma həmin küçədəki yolayrıcında nizamlanma nişanlarının olmaması təhlükə yaradır.

Sakinlər deyirlər ki, avtomobillərin bu yolda sürətlə hərəkət etməsi qəsəbədən çıxan maşınlarla toqquşma riski yaradır. Odur ki, ərazidə tez-tez qəzalar baş verir.

Hər gün burada sürücülərin bir-birinə yol verməməsi, qəfil manevrlər etməsi adi hala çevrilib.

Sürücülər hesab edirlər ki, burada işıqforun quraşdırılması, yol nişanlarının əlavə edilməsi və sürət həddinin məhdudlaşdırılması qəzaların qarşısını ala bilər.

Sürücülər onu da qeyd edirlər ki, son dövrlər bu kəsişmədə bir neçə yol-nəqliyyat hadisəsi baş verib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Xəzər Xəbər”ə bildirildi ki, 2025-2030-cu illər ərzində Dövlət proqramında Bakı-Sumqayıt yolunda hərəkətin təşkili ilə bağlı təkliflər hazırlanması və icrası nəzərdə tutulub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirildi ki, ərazidə təhlillər aparılacaq. Təhlillərin nəticəsinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.
 
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 






Xəbərin oxunma sayı : 688




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap