![]() |
|














“Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək“ - Vüqar Rəhimzadə
Tarix 30.03.25, 17:04 |
|

Tarixi Zəfərimizin yaratdığı reallıqlardan biri təbii ki, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışıdır. Son dörd ildən artıq dövrdə soydaşlarımızın qayıdış ünvanlarının say tərkibinə diqqət yetirdikdə bərpa-quruculuq işlərinin miqyası daha aydın görünür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak edərək yeni mənzillərə köçən sakinlərlə görüşdülər və onlara evlərin açarlarını təqdim etdilər. Təkcə Sarıcalı kəndində görülən işlərə, sakinlərə rahat yaşayışları üçün yaradılan şəraitə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa işlərinə başlanan andan belə bir çağırışı etdi ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevriləcək, bura qayıdan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri addımlar atılacaq.
Bu gün böyük əminliklə qeyd edirik ki, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatıdır. 30 illik işğal dövründə tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız müasir tələblərə uyğun olaraq yenidən qurulur, bu ərazilərdə müasir yeniliklər tətbiq edilir. Bu torpaqlarda müasir idarəçilik sisteminin yaradılması təqdir edilir. Azad olunan bütün şəhər və kəndlərimiz, qəsəbələrimiz Azərbaycanın dünyaya təqdim etdiyi yeni təcrübə- “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə yenidən qurulur. Qeyd edək ki, “ağıllı kənd” layihəsinin ilk tətbiq olunduğu ərazi Zəngilan rayonunun Ağalı kəndi oldu. İlk “ağıllı şəhər” isə Ağdam şəhəri olacaq. Dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündəki çıxışında Ağdam şəhərində görülən işlərin fonunda ümumilkdə bütün azad edilmiş ərazilərimiz barədə aydın təsəvvür yaratdı.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, 30 illik işğal dövründə tamamilə dağıdılan Ağdam şəhəri, rayonun bütün kəndləri bir daha düşmənin xislətinin, düşmənçiliyinin göstəricisidir:“Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər” söyləyən dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Bu, misli görünməmiş vəhşilikdir. Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Ağdam yenidən qurulur. Bərpa-quruculuq işlərində xüsusi diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam şəhərinin, rayonun kəndlərinin timsalında da aydın görmək mümkündür. Ağdam-Bərdə yolu yenidən quruldu. Ağdam-Xankəndi yolu inşa edilir. Dəmir yolu çəkilir. Bu il istifadəyə veriləcək. Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Birinci bərpa olunan bina Ağdam məscidi oldu. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu. Xaçınçay su anbarı yenidən quruldu. Məktəb binası, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq Ağdamda bir neçə müəssisə fəaliyyət göstərir ki, bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək.
Vüqar Rəhimzadə onu da bildirib ki, bərpa-quruculuq işlərində hər bir bölgənin turizm imkanları da nəzərdə tutulur. Bu baxımdan Ağdamda iki mehmanxana artıq fəaliyyətə başlayıb. Dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündə bu xatırlatmanı da etdi ki, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda belə bir çağırışı etmişdir ki, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq. Əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.
Milli Məclisin deputatı Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən birinin məhz Sarıcalı kəndi olduğunu önə çəkərək qeyd edib ki, kəndin təməli 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Sarıcalı kəndi 1873 nəfər əhali üçün planlaşdırılıb. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın, körpələr evi-uşaq bağçasının, tam orta məktəbinin binasının açılışında iştirak etdilər. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim edilməsi mərasimindəki çıxışında bir daha diqqəti bu reallıqlara yönəltdi. Bildirdi ki, Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinlərinə evlərin açarlarını təqdim etdim. Bu gün isə burada - Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək, əlbəttə ki, böyük xoşbəxtlikdir. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Sıfırdan qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək. İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da qaytarılmasın. Amma Azərbaycan dövlətinin gücünü, iradəsini, cəsarətini və Ordumuzun qəhrəmanlığını nəzərə almamışdılar. Rəşadətli Ordumuzun qəhrəmanlığı, fədakarlığı nəticəsində bu gün torpaqlarımız tarixi sahibinə qovuşub. Yenidən qurulur, soydaşlarımız dogma yuvalarına qayıdaraq xoşbəxt, sevincli günlərini yaşayırlar. Sarıcalı kəndinin birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. İkinci mərhələ başa çatdıqdan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşayış üçün bütün şərait yaradılıb. Prezident İlham Əliyev bu çağırışı da etdi ki, bu bölgədə kənd təsərrüfatı da sahibkarlar tərəfindən inkişaf etdirilməlidir.
Millət vəkili sözügedən səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərində bir sıra sosial obyektlərin açılışında iştirak etdiklərinə də diqqəti yönəldib. Belə ki, Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə də tanış oldular. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurla başa çatmasına doğru atılan addımdır. Hədəf Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatacağı 2026-cı ilədək 140 min soydaşımızın dogma yurd-yuvasına qayıdışını təmin etməkdir. Bu günümüzün reallıqları bu hədəfə də yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Dirçələn, cənnət məkana çevrilən Qarabağımız və Şərqi Zəngəzurumuz tezliklə turizm, investisiya imkanları ilə dünyanın diqqətində olacaq. Bu torpaqlarda yaradılan müasir infrastruktur hədəflərin reallığa çevrilməsini şərtləndirir. Qısa müddətdə istifadəyə verilən, beynəlxalq statusa malik olan Füzuli və Zəngilan hava limanlarının sırasına bu il Laçın Beynəlxalq Hava Limanı da daxil olacaq.
Xəbərin oxunma sayı : 868
Sosial
Xəbərlər
-
Barbök boşanır – Əri evə və uşaqlara baxırdı
-
Quru sərhədlər niyə bağlıdır? - Geosiyasi təlatümlərə qarşı strateji qərar
-
“ABŞ-nin İrana zərbələri Tehranı atom bombası yaratmağa sövq edə bilər“ - KİV
-
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - FOTO/VİDEO
-
“Grandmart”da müdir meneceri bıçaqladı - Müştərilərin narazılığına görə mübahisə ediblər
-
Dondurma alarkən bunlara mütləq diqqət edin - Şirin təhlükə
-
“ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun nəticələrindən narahatıq“ - Türkiyə XİN
-
“İmperator Hall“da toyda DAVA: Bəy tərəflər arasında qaldı
-
“Tramp təkcə İranla razılaşmalara deyil, eləcə də seçicilərinə xəyanət edib“ - Rəsmi Tehran
-
Kazinoların leqallaşması gündəmdə: Azərbaycan turizmi üçün yeni fürsət
-
Bakıda skuterlərdən gələn təhlükə - Nə etməli?
-
“Tramp heç vaxt “Nobel”i görməyəcək” - Medvedev
-
Dağlıq rayonlarda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - Sabahın havası
-
“İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb“ - “Reuters“
-
Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi - Nə baş verib?
-
Dayısını bıçaqladıqdan sonra domino oynamağa gedib - CİNAYƏTİN TƏFƏRRÜATI
-
“Yaxın Şərqdəki vəziyyətdən narahatıq“ - Qazaxıstan XİN
-
25 il vəzifədə çalışan şəxs məhkəmədə həbs edildi - 850 minlik kredit ayıracaqmış...
-
Bu çörək şirkəti vətəndaşların həyatı ilə oynayır - FOTO
-
İranın nüvə obyektləri yaxınlığında radiasiya səviyyəsində artım qeydə alınmayıb - MAQATE
-
Nikahlar artır, boşanmalar azalır: səbəblər nədir?
-
30 min dollarlıq tender dələduzluğa - “Paradise M“ MMC
-
“Məni tapança ilə öldürmək lazımdır“ - Nazimdən maraqlı şərh (VİDEO)
-
İrandan qisas hücumu - 30 raketlə 10 fərqli hədəf vurulub + VİDEO
-
Sənətçinin intim görüntüləri çəkilib? - Şok iddia - Video
-
Nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq - İran XİN
-
Axundun qaçırdığı 16 yaşlı qız danışdı - VİDEO
-
Prezidenti Administrasiyası rəsmilərinin qəbul günləri - CƏDVƏL
-
“Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik“ - İran Atom Enerjisi Təşkilatı
-
Azərbaycanda oynaq xəstəlikləri: Hansı yaş qrupları risk altındadır?
-
İranda radiasiya təhlükəsi - Əhalini bu əraziləri tərk etməyə çağırdılar
-
Qadın sahibkarla icra hakimiyyəti arasında gərginlik - VİDEO
-
ABŞ İranın 3 nüvə obyektini bombaladı - “Fordodakı nüvə obyekti tam məhv edilib” + VİDEO
-
37 kənddə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Jurnalist olduğunu deyən xanım məhkəmədə həbs edildi - Tanışını nazirliyə işə düzəldəcəkmiş…
-
“Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək“ - Ceyhun Bayramov
-
İftixar Qurbanov işdən çıxarıldı - Yerinə tanınmış həkim təyin edildi
-
DTX-nin saxladığı eks-icra başçısı həbs olundu - 4 ay
-
Səhnədə azyaşlı qızı başından tutub qaldırdı - VİDEO
-
Azərbaycan turizminin gələcək açarı: Kazino sənayesi leqallaşdırılsa, bunlar baş verəcək
-
Tələbə sayı 75 min nəfərə qaldırılır - Ekspert detalları açıqladı
-
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb - Açıqlama
-
“Qarabağ” regionun ən böyük klubudur” - Yeni transfer
-
Azərbaycanda quş qripi aşkarlanıb? - RƏSMİ
-
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək - SİYAHI
-
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
-
Bəşər Əsədin əmisi oğlu saxlandı - Ağır cinayətlərdə ittiham olunur
-
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var - Pulu xidməti otağında veribmiş
-
Musa Şəkiliyevin övladları hansı işlə məşğuldur? - Şirkətlər, restoranlar...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank iki günlük məzənnəni açıqladı
-
“İran qalib gələcək, Türkiyə və İslam dünyası İranın yanındadır“ - Ərdoğan
-
Azərbaycanda əhali gündə nə qədər ət yeyir? - Rəsmi statistika
-
Məmurlarımız Şimali kiprdən saxta diplom alıb? - ŞOK İDDİA
-
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
-
“Sumqayıt Hospital“ın həkimi Elçin Yaqubovdan şikayət: “Ayaq vətərlərimi kəsib...“
-
Musa Şəkiliyev vəzifəsindən azad edildi - Sərəncam
-
Qadınlara qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüləri SAXLANILDI
-
“ABŞ-nın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq“ - İran XİN
-
Bu sayt və qəzetlərə pul ayrıldı - SİYAHI
-
Şuşa şəhərində görülmüş işlərin təəssüratı altındayam - Fransa səfiri
-
“Ali məktəblərdən qoparılan milyonlar...” – Sabiq deputat naziri ittiham etdi
-
“Hazırda regionun yeni bir müharibəyə dözümü yoxdur“ - Ərdoğan
-
Müğənni Arzuxanımın qanında narkotik aşkarlanıb? - Polisdən açıqlama
-
Göyçayda binanın üzlük daşları qoparaq tökülür - VİDEO
-
İranla bağlı bütün qərarları prezident verəcək - ABŞ vitse-prezidenti
-
Naxçıvan Konstitusiyasında nələr dəyişir? - Komitə sədri açıqladı
-
“Yaşayış minimumu haqqında” qanuna dəyişdi - Deputatlar “hə“ dedi
-
Binaların damındakı su çənlərinin götürülməsi gözləntiləri doğrultdu? - VİDEO
-
Elektrik enerjisi ilə bağlı yeni qanun qəbul edildi - Nələr olacaq?
-
Azərbaycanda ən çox qazanan müğənnilər - SİYAHI
-
Çimərliklərdə bu qaydalara əməl edin! - VİDEO
-
“Molla mənim yaşımdadır, qızım geri qaytarılsın“ - Yeniyetmənin atası
-
“İndi bunu tələb etmək çətin olacaq” - Tramp
-
Əli Əsədov mühasiblərlə bağlı qərar verdi - Dəyişiklik
-
Ev tikdirmək istəyənlərə xəbərdarlıq - Daha da bahalaşacaq
-
Putin rus əsgərlərin qatilinə çevrilib - Sibiqa
-
Son günlər sahibsiz itlərin insanlara hücumu çoxalıb - VİDEO
-
“ABŞ İrana zərbə endirməyə hazırlaşır“ - Vuçiç
-
Əmircan qəsəbəsinin yığılıb qalan su prolemi - VİDEO
-
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara “stop“ qoyuldu
-
“İran danışıqlar masasına qayıtmağa hazır olduğunu nümayiş etdirməlidir“ - Makron
-
Musa Şəkiliyevlə yanaşı bu məmurlar da saxlanılıb - ADLAR
-
Bakıda quldurluq edən maskalı şəxs saxlanılıb - VİDEO
-
“Abzas Media“ əməkdaşlarına hökum oxundu - Məhkəmə prosesi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İranın cavabı sərt olacaq” - Pezeşkian
-
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxarıb
-
“Atlant“da içdi, telefonda sevgilisi ilə dalaşdı, başını ağaca çırpdı - Cərimələndi
-
“Yaxın Şərq atom uçurumunun astanasındadır” - Zaxarova
-
Bank kartlarından 24 min manatdan çox pul oğurlanıb - DİN
-
3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər - Siyahı
-
Aprel döyüşlərində iştirak edən erməni generalların adları açıqlandı - MƏHKƏMƏ
-
DTX-dən Qaxda əməliyyat - İcra başçısı ilə müavini saxlanıldı
-
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi - Fotolar
-
Bakının üç rayonuna prokuror təyin edildi - Kamran Əliyevdən əmr
-
Prezident Çin və Küveytlə bağlı sənədləri - Təsdiqlədi
-
“Laçın hava limanı barədə təəssüratlarım möhtəşəmdir“ - Rusiya səfiri
-
“Madam Ruxa” gözəllik salonunda müştərinin dərisi yanıb - Şikayət
-
Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
-
“İran həmişə sülh və sabitlik axtarışında olub“ - Pezeşkian
-
Bir vaxtlar zibil idi, indi qızıldan baha: Kilosu 300 manat…
-
Paşinyan Türkiyəyə səfərə gedib - Ərdoğan onu qəbul edəcək
-
Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq - Dəyişiklik
-
Azərbaycan hansı ölkələrə nə qədər investisiya yatırıb? - Siyahı
-
Prezident Laziz Kudratovu qəbul edib - FOTO
-
“Gəncəli Mübariz“in oğlunun şikayəti təmin edilmədi - İş adamı bəraət aldı
-
İran İsraili ən yeni ballistik raketlə vurdu - VİDEOLAR
-
Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - FOTOFAKT
-
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır - FOTOLAR
-
Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər? - VİDEO
-
Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunun buraxılış mərasimində - FOTO/VİDEO
-
Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO
-
Fərhad Əhmədovdan milyonlarla dollar rüşvət alınıb - Məhkəmə başlayır
-
Elan saytından maşın almaq istədi, 450 manat ziyana düşdü - VİDEO
-
“İran nüvə bombası hazırlamırdı“ - Qrossi
-
Azərbaycanın bu regionunda şəkər tozu qıtlığı yaşanır - VİDEO
-
“Azərbaycan” məhəlləsinin açılışından FOTOLAR
-
Prezidentlər Maraş dondurması yedi - VİDEO
-
MTN generallarının əmlakı satıldı - Zərərçəkənlərə yüz minlərlə manat ödəndi
-
Tramp İrala bağlı iki həftə ərzində qərar qəbul edəcək - Ağ Ev
TOP 10
ARXİV